Bəzi alimlər Mehdinin zühur əlamətlərinə dair hədisləri diqqətlə gizlədir, bilinməsini istəmirlər. Bunun günahı böyük olar.
(A9 TV; 12 fevral 2017)
Təhsil müəssisələrində milli şüur dərsi olmalıdır, gənclərin şüurlu yetişdirilməsi çox əhəmiyyətlidir. Millət olaraq bir-birimizə bağlanmağımız ən təsirli qüvvətimiz olar.
(A9 TV; 12 fevral 2017)
Allaha təslim olmadıqdan, Allahı zikr etmədikdən sonra qəlblər nicat tapmaz.
(A9 TV; 11 fevral 2017)
Ehtiras çox gözəl nemətdir. Ehtiras üçün qəlbdən Allah sevgisi, çox səmimi Allah qorxusu və dərin iman lazımdır.
(A9 TV; 11 fevral 2017)
Bəzi insanların imkanı, pulu, peşəsi hər şeyi var, lakin səmimi sevgini həyatı boyu bir dəfə belə yaşamayıbdır. Buna görə də bizim sevgini yaşadığımızı gördükdə dəlicəsinə həsəd aparırlar. Həsədləri, böyük əzab çəkmələrinə səbəb olur.
(A9 TV; 11 fevral 2017)
Ağac torpaqdan suyu çəkir, ən yuxarıdakı budağa qədər aparır, rəngləri əmələ gətirəcək mineralları seçir, rəsm əsəri kimi rəngləndirir. Bitkinin hüceyrəsi meyvəyə lazım olan nisbətdə mineralı, vitamini, yağı torpaqdan alıb seçəcək ağıla sahibdir.
(A9 TV; 11 fevral 2017)
Keyfiyyət maddi imkanla düz mütənasib deyil. Maddi imkan olmasa da keyfiyyətli, gözəl həyat yaşanar, incəsənətdən zövq alınar. Məsələn, betondan qüllə düzəltmək əvəzinə, hər yeri qəribə yaşıl rəngə boyamaq əvəzinə, əlindəki imkanla böyük incəsənət nümunəli və keyfiyyətli işlər görə bilərsən. Paltarda, binada, küçədə incəsənət var, keyfiyyət olmadıqda insanların yaşama gücü yox olur, daxilən qəzəb yaranır, cəmiyyət müəyyən mənada çürüyür.
(A9 TV; 11 fevral 2017)
Qadınların əzildiyi bir ölkə bərəkətli olmaz. Qadınlar hər yerdə azad olsun, istər çarşabla, istərsə də dekolte ilə gəzsin, hər yerdə hörmət görsün. Məclisdə, hər yerdə qadınlar öndə olsun. Qadınların azadlığı keyfiyyətin yüksəkliyinin dəlilidir. Qadın gözəlliyi bütün dünyaya həyat verər. Qadınlar təzyiq altına düşdükdə dünyanın sevinci yox olar. Qadın gözəlliyi yoxdursa, məzar həyatı var.
(A9 TV; 11 fevral 2017)
Keyfiyyət çox mühüm məsələdir. Keyfiyyət çatışmazlığı bir ölkə üçün çox ciddi təxribatdır. Keyfiyyət pozulduqda o ölkədə çöküş baş verər.
(A9 TV; 11 fevral 2017)
“İnsanlıq” adı altında təqdim edilən fəlsəfə də, İngiltərə dərin dövlətinin Firon dövründən öyrəndiyi dindir. Müsəlman “insanlıq” dini üçün deyil, Allahın rizası üçün yaşayar. Həyatının hər anı Allah üçündür, insanlıq dini üçün deyil.
(A9 TV; 11 fevral 2017)





