Qadınların azad ola bilmədiyi, gülə bilmədiyi, küçəyə çıxa bilmədiyi, şən ola bilmədiyi cəmiyyətlər çökər. Allah qullarına zülm edilməsinə icazə verməz. Qadın istədiyi kimi gülməli, əylənməlidir. Kişilərə əyləncəni, sevinci haqq görüb qadınlara görməmək olmaz. Qadınlar vicdanı ilə doğrunu bilər.

(A9 TV; 9 fevral 2017)

İnsanların arasında çox sayda ruhu olmayan, eynilə insana bənzəyən müəyyən mənada zombi olan varlıqlar var. Allah Quranda bunlara diqqət çəkmişdir. Yalnız nifrətə görə kodlaşdırılmış, sevgi, gözəllik nədir bilməyən, sözdən anlamayan, sanki heyvan kimi yaşayan bu mənəvi ölülər xüsusi yaradılmışdır. Bu zombilərin varlığı möminlərin qorxularının artmasına vəsilə olur. Mömin bunların mövqeyinə düşməkdən çəkinir. Bu dünyanın gözəl cəhətlərindən biridir, möminlərin bu məxluqlarla apardığı elmi mübarizədir.

(A9 TV; 9 fevral 2017)

Tayyib hocamın mədəniyyət və incəsənətin üstündə dayanması da çox gözəldir. Allah onu, dövlətimizi, millətimizi və dünyanı xeyirlə bürüsün inşaAllah. Mədəniyyətə, incəsənətə hakim olan, dünyaya hakim olar. İncəsənət və mədəniyyət olmadıqda məğlubiyyət olar. Tayyib hocam mühüm məsələ üzərində dayanıb.

(A9 TV; 9 fevral 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)