Həmişə Allahın lehinə düşünmək lazımdır. Əsla Allahın əleyhinə düşünülməz. İnsan mütləq Sevgilisindən yana, Sevgilisinin lehinə düşünər. İnsan bir hadisə ilə qarşılaşdıqda ilk başda xeyrini, hikmətini anlamaya bilər, lakin həmişə gözəl zənlə, həmişə Allahın lehinə düşünməlidir.

(A9 TV; 24 aprel 2017)

Türkiyə çox müasir olmaq məcburiyyətindədir. Həm dindarları çox yaxşı qoruyan, həm də ultramüasir, mümkün qədər azadlıq təmin edən ölkə olacağıq. Tayyib hocam müasir sağın lideridir. Həm dindarları qoruyur, həm də müasir anlayışa sahibdir. Türkiyəni daha da müasirləşdirəcəyik. Millətimiz incəsənətə, gözəlliyə, keyfiyyətə, müasirliyə, dekolteyə qarşı olan bir qrup insanın zehniyyəti ilə deyil, parlaq anlayışla yaşamaq istəyir.

(A9 TV; 24 aprel 2017)

Qısqanan insanın qısqanclığı davam etdikcə çirkinləşər, çökər, vücudu məhv olar, xərçəng olar, qısqanılan da sağlamlıq qazanar, gümrahlaşar. Qısqananın çökməsi, qısqanılanın da tam əksinə gəncləşməsi Allahın elmidir, bunu bəziləri bilmədiyi üçün həmişə sıxıntı içində yaşayırlar.

(A9 TV; 24 aprel 2017)

1940-cı illərdə qalmış sol zehniyyət CHP-yə müvəffəqiyyət gətirməz. CHP Atatürkün müasir dindar anlayışını mənimsəyib xalqı qucaqladığı təqdirdə müvəffəqiyyət qazanar. Azad, təşəbbüskar, hər təbəqəni qucaqlayan, camaatlara, təriqətlərə şəfqətlə yanaşan, Bədiüzzamana sahib çıxan bir CHP fövqəladə dərəcədə müvəffəqiyyətli olar.

(A9 TV; 23 aprel 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)