Bir tərəfdən darvinist təhsil, digər tərəfdən ənənəpərəst ortodoks təzyiq gənclərin sevincinin yox olmasına səbəb oldu. İkisinə qarşı da elmi tədbir almaq lazımdır.
(A9 TV; 24 aprel 2017)
Şeytan insanları yorğun etmək istəyər. Bu yorğunluğa qarşı mübarizənin adı imandır. Yorğunluğa təslim olsan səni əsir alar.
(A9 TV; 24 aprel 2017)
Davası olmayan insan sürüklənən bomboş kötük kimidir. Haqq iddiası olan insan isə geniş suda şərəflə irəliləyən görkəmli gəmi kimidir.
(A9 TV; 24 aprel 2017)
PKK-nı zərərsizləşdirməyin yolu silah, bomba deyil, mədəni mübarizədir. Terror və zorakılığın zəmini darvinist təhsildir.
(A9 TV; 24 aprel 2017)
Dünya imtahan üçün gəldiyimiz qısamüddətli kursdur. Burada hər kəsin səhvləri, əksikləri ola bilər. Şəfqət əhəmiyyətlidir, şəfqət sakitləşdiricidir. Şəfqətlə baxmağı bacarmayan insan qəzəblənməyə çox meylli olar. Bu qəzəb də Allah qorusun qəlbi parça-parça edər. İsrarla şəfqətdən yana olmaq lazımdır.
(A9 TV; 24 aprel 2017)
Mömin insanları qorxaqlığa deyil, cəsarətə sövq edər. Allah üçün hər cür fədakarlığa, coşğuyla hazır ruha sövq edər.
(A9 TV; 24 aprel 2017)
Küfr əhlinin cəhənnəmdə yaşadığı əzab bizim bildiyimiz mənada olan əzab deyil, Allahualəm. Lakin Allah sözünü mütləq yerinə yetirər.
(A9 TV; 24 aprel 2017)
Mömin hər zaman hər şeyin ən gözəlini, ən yaxşısını, ən çoxunu Allahdan istəyər.
(A9 TV; 24 aprel 2017)
Mömin qapqara mühitdə almaz kimi par-par parıldayar. Allah hər vəli əxlaqlı mömini qaranlıqlar içində nur saçan almaz kimi yaratmışdır.
(A9 TV; 24 aprel 2017)
Firon hz. Musaya, Nəmrud hz. İbrahimə necə qarşı olursa səmimi möminin də hər zaman əleyhinə çıxanları olacaq. Bu insanlar mömini qiymətli edər.
(A9 TV; 24 aprel 2017)





