Terror, təkcə əsgərlə, polislə həll edilə bilməz. Onların bir fəlsəfəsi var, bu fəlsəfəni məğlub etmədən terrorun silinməsi qeyri-mümkündür. Onlar işçilərini sən təsadüf məhsulusan, qarşındakı da təsadüf məhsuludur, öldürərək, vuruşaraq inkişaf edəcəksən deyə yetişdirir. Bu fikri yox etmədikcə, fikri olaraq əsassızlığını elmi dəlillərlə ortaya qoymadıqca onlar zorakılıqdan əl çəkməyəcəklər.

(A9 TV; 26 aprel 2017)

Türkiyə incəsənət və keyfiyyətin qalası olsun. Həqiqi Avropa, Türkiyə olsun. Hər kəs qaçaraq Türkiyəyə gəlmək istəsin. Hər yerdə meyvə bağları, salxım çiçəklər, heykəllər, hovuzlar və keyfiyyət olsun. Türkiyəni həqiqi Avropa edək. Buna nail olmaq çox asandır.

(A9 TV; 24 aprel 2017)

Cənnətdə qədəhlər, ən gözəl süfrələr, ən gözəl musiqi, ən nəfis incəsənət var. Bu gözəlliklərin hamısı dünyada da müsəlmanlar üçün nemətdir. Rəsm əsərini, heykəli, musiqini, elmi, zənginliyi, ehtişamı, sevinci müsəlmanlar sahiblənməlidir. Bu nemətləri tərk etmələrinə dini cəhətdən heç bir ehtiyac yoxdur.

(A9 TV; 24 aprel 2017)

Hər yerdə Allahın ruhu var. Bir çobanyastığının, yoldakı tək bir otun içində Allahın ruhu var. O tək çobanyastığıdan Allah istəsə yeni kainat yaranar. Allah istədikdə hz. Musanın əsasını bir anda canlı ilana döndərir, istəsə saraya da döndərər.

(A9 TV; 24 aprel 2017)

Tək bir alma ağacındakı ağıl insanlarda yoxdur. Hər bir almanın içindəki vitamin, mineral, zülal tam tarazlıdır, qoxusu, dadı, qatılığı tam nizamlıdır. Tək bir alma çəyirdəyinin içində ağacın bütün məlumatları və gələcək nəsillərdəki bütün alma ağaclarının məlumatı kodlanmışdır. İçi sanki dünyalarla doludur.

(A9 TV; 24 aprel 2017)

Qadına ən mənfi təsir göstərən şey ağıl zəifliyidir. Qadının axtardığı ağıl, iman, dərinlik və ehtirasdır. Dərin düşünə bilməyən, nə dediyini bilməyən, ağlı zəif birini gördükdə qadın sevib bağlana bilməz. Beyni qapanar, özünü zorlasa da sevə bilməz.

(A9 TV; 24 aprel 2017)

İnsanın qəzəblənməyi özünə yaraşdıra bilməməsi və gülünc hesab etməsi lazımdır. Qəzəbi ciddi hesab etməsi qəribə haldır. İnsanın özünü o qədər itirəcəyi bir mövzu ola bilməz. Qəzəb mühakimənin pozulmasına səbəb olar. Bu, qəzəbin qabaqcadan bəlasıdır. İnsanın dərisini, ağlını, saçını, bütün qabiliyyətlərini öldürər. Qəzəbin şeytani şəhvəti var. Bu ziyan verici şəhvətə qapılmamaq lazımdır. Allah müsəlmanları qəzəbdən çəkindirir.

(A9 TV; 24 aprel 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)