PKK/YPG-yə qarşı ən gözəl, ən təsirli mübarizə beynini elmlə vurmaq, yəni anti-darvinist, anti-materialist təhsil verməkdir. Terrorun bitməsi üçün terrorist yetişməsinin qarşısının alınması lazımdır. Əsas məsələ bataqlığı qurutmaqdır. Terrorist, darvinist, materialist təhsillə yetişir. Əgər bu bataqlığı qurutsaq məsələni kökündən həll etmiş olarıq.
(A9 TV; 14 may 2017)
Sevgisizliyi milli problem kimi ələ alıb, təcili həll yolu tapmaq üçün səy göstərmək lazımdır. Sevgi səfərbərliyi elan edək.
(A9 TV; 14 may 2017)
Hər evin önü çiçəkli, baxımlı olmalıdır. Evlər, paltarlar və hətta insanların bütün həyatları təkcə funksional olur. Tək məqsəd həyatda qalmaq olur. İncəsənət, gözəllik, estetika, keyfiyyət istəyən və həsrət çəkən bir həyat olmadıqda həyatın sevinci və zövqü də olmur.
(A9 TV; 14 may 2017)
Bir çox yerdə gözəllik təltif edilmir, hətta tam əksinə onu ittiham edirlər. Bu da gənc qızları baxımsızlığa və özünə qarşı diqqətsizliyə yönəldir.
(A9 TV; 14 may 2017)
Uşaqlara mütləq praktik tibb biliyinin də verilməsi əsas şərtdir. Təkcə tibb fakültəsinə gedən deyil, təhsil alan hər kəs təməl bilikləri öyrənməlidir. Uşaqlara mütləq incəsənət təhsili də verilməlidir. Gözəl insan, gözəl məkan, gözəl mühit necə yaradılar, bunlar məktəblərdə öyrədilməlidir.
(A9 TV; 14 may 2017)
Təhsilin təməli nəzakətli insan olmağa təşviq olmalıdır. İmtahanlarla uşaqları sıxışdırmaq deyil, zövqlə öyrənmələrini təmin etmək lazımdır. Uşaqlara nəzakətli, mədəni olmağın zövqünü hiss etdirmək vacibdir. Mədəni olduğu zaman həyatın hər sahəsində müvəffəqiyyətli olacağını göstərmək lazımdır.
(A9 TV; 14 may 2017)
Uşaqları sərgilərə, muzeylərə aparmaq, hər mövzunu vizual üsullar işlədərək izah etmək əhəmiyyətlidir. Tarix, coğrafiya, hər mövzuda muzeylərdə izah edilə bilər.
(A9 TV; 14 may 2017)
Taxta stullar üzərində, havasız siniflərdə deyil, filmlərdən istifadə edərək, bağçada sevinc içində söhbət edərək təşkil edilmiş təhsil sistemi olmalıdır. Uşaq məktəbə getməyi əziyyət kimi deyil, ümumi biliyinin, keyfiyyətinin artacağını bildiyi əyləncə olaraq görməlidir. Bu zaman öyrəndiyini unutmaz. Mənanı unutduran təhsil sistemi olduqda uşaq dərinlik ala bilmir, sevgisizlik yayılır, fəlakət addım-addım inkişaf edir.
(A9 TV; 14 may 2017)
Allahı inkar edən darvinist fəlsəfənin dövlət əli ilə gənclərə öyrədilməsinə son verilməsi lazımdır. Hər yerdə Allahın sənəti izah edilməlidir.
(A9 TV; 14 may 2017)
Möminlər Allahın sevgisini itirməkdən, Allahı incitməkdən qorxarlar. Beləliklə Allaha olan sevgilərini gücləndirər, daha yaxın olarlar.
(A9 TV; 14 may 2017)





