Dostlarım Allahı çox sevən, Allahdan qorxan, sevgini, mərhəməti bilən, nəzakətli, keyfiyyətli insanlardır. Bir çox insan dostluğumuzu qısqanır. Bizim dostluğumuzu qısqananlar öz cəhənnəm kimi dünyalarından qəzəblə bizi izləyirlər, biz öz cənnət kimi dünyamızda yaşayırıq.

(A9 TV; 14 may 2017)

Dəccaliyyət hər gün dünya səviyyəsində sevgisizliyi təlqin edir. Biz də bunu hər gün ilahi müsbət enerji ilə elmi yolla yox edirik. Dəccaliyyətin sevgisizliklə insanları fəlakətə cəzb edən fəaliyyətinə qarşı biz hər gün sevgidən bəhs edərək fəlakəti dayandırmağa çalışırıq.

(A9 TV; 14 may 2017)

İnsan nəzarətsiz buraxılmayıb. Allah hər an hər insanın qəlbinə, vicdanına doğrunu vəhy edər. Bu, insanlar üçün çox böyük nemətdir. Səmimiyyət insanın Allahın vicdanına vəhy etdiyinə tabe olması, bu ilhamı eşitməməzlikdən gəlməməsidir.

(A9 TV; 14 may 2017)

Səmimi olan bütün qullar xilas olar. Səmimi olan Allahın mövcudluğunu bütün ehtişamı ilə görər və Allahın yaratma məqsədinə görə yaşayar.

(A9 TV; 14 may 2017)

Lisey illərinə qədər dindar olan bir çox gənc darvinizmi öyrəndikdən sonra dindən uzaqlaşıb kommunist ideologiyanı mənimsəyir və şiddəti, qarşıdurmanı, terroru guya qanuni görməyə başlayır. Buna qarşı həll yolu, ancaq gənclərə düzgün təhsil verilməsi ilə mümkün olar.

(A9 TV; 14 may 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)