Hədisdə, hz. Mehdi vəsiləsi ilə sevgisizlik və səmimiyyətsizlik fitnəsinin bitəcəyi bildirilib. Mehdi sevgi və səmimiyyət müəllimidir.
(A9 TV; 15 may 2017)
Müsəlmanlar bir-birlərinə qarşı sevgi dolu olmalı və bir-birləri ilə mübarizə aparmamalıdır. Mömin enerjisini küfr əhli ilə elmi mübarizə aparmağa sərf edər.
(A9 TV; 15 may 2017)
Mömin həmişə əfv edən olmalıdır. Allah əfv edəndir. Mömin də qardaşının tövbə edib düzəlməsinə sevinər.
(A9 TV; 15 may 2017)
İnsanları qazanmağa çalışmaq əhəmiyyətlidir. Hər insan səhv edə bilər, insanlara səhvini düzəltmə imkanı vermək lazımdır.
(A9 TV; 15 may 2017)
CHP xalqı sevgi ilə qucaqlasa, solun ən sağına gəlsə, radikal solun jarqonunu tamamilə tərk etsə, çox müvəffəqiyyətli partiya olar.
(A9 TV; 14 may 2017)
İmam Rəbbani, hz. Mehdi zühur etdiyi zaman fiqh alimlərinin ona düşmən olacağını söyləmişdir. “Bu şəxs dinimizi dəyişdirir” deyəcəklər.
(A9 TV; 14 may 2017)
Allah heyvanları şəfqətimizi çox təhrik edəcək şəkildə yaradır. Hamısı çox gözəl, hamısı çox sevimlidir. Bu, Allahın çox gözəl nemətidir.
(A9 TV; 14 may 2017)
Qurana möhkəm sarılmaq, Allahın hökmlərinə Allah sevgisi ilə güclü bağla sarılmaq insanın ruhən və bədən cəhətdən güclü olmasını təmin edər.
(A9 TV; 14 may 2017)
Mömin israrla özünü səthi olmaqdan, alçaqlıqdan qoruyar. Səthi insanların güldükləri şeylər çox keyfiyyətsizdir. Nəcib insan səthilikdən uzaq dayanar. Səthiliyə səthi olaraq qarşılıq vermək müsəlmana yaraşmaz. Müsəlmanın hər rəftarının nəcib olması lazımdır.
(A9 TV; 14 may 2017)
İnsanın həmişə özünü inkişaf etdirməsi əhəmiyyətlidir. Mömin Quranla, İslamla özünü təmizləməli, səthi olmaqdan, adilikdən xilas olmalıdır.
(A9 TV; 14 may 2017)





