Ənənəçi ortodoks İslam anlayışının olduğu yerdə qadına hörmət göstərilməz. Çünki qadın döyülməsi lazım olan potensial cinayət ünsürü kimi görülür. Ənənəçi ortodoks İslam anlayışında qadın, insanın başını bəlaya salan çox təhlükəli varlıq kimi görülür. Bu zaman qadına hörmət göstərilmir.

(A9 TV; 14 iyun 2017)

Hörmətli Kılıcdaroğlunun demokratiyanı, ədaləti müdafiə edən, öz qənaətinə görə zərər çəkmiş gördüyü şəxsləri müdafiə edən üslubu normaldır. Sağlam müxalifət budur. Güclü müxalifət olması demokratiyanın sağlam olduğunu göstərər. Müxalifətdən narahat olmamaq lazımdır.

(A9 TV; 14 iyun 2017)

Türkiyənin tənha qoyulmasının qarşısını almaq üçün ən gözəl həll yolu, mövhumatçı zehniyyətin yaratdığı təxribatın aradan qaldırılması və müasir İslam anlayışının dünyaya göstərilməsidir. Bu zaman Qərbdəki Türkiyə əleyhinə olan vəziyyət sürətlə bitər.

(A9 TV; 14 iyun 2017)

İslam aləmində hər camaatdan, hər təriqətdən, hər məzhəbdən olan insan birləşib zəncir yaratsınlar, biz hər yerdə birlikdəyik deyə. Fotoşəkil çəkdirib ictimaiyyətə çatdırsınlar. Bu zaman dəccaliyyətin İslam aləmi üzərindəki planları puç edilmiş olar. Lakin həmişə bir-birinə nifrətlə danışan, bir-birini düşmən görən anlayış davam edərsə dəccaliyyət müsəlmanları asanlıqla bir-birinə qırdırar Allah qorusun.

(A9 TV; 14 iyun 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)