İnsanların bir çoxunun ağlı nemətlərə deyil, əksinə imtahanın çətinliklərinə ilişir. Çətinliklə qarşılaşdıqda Allahı unudurlar. Allah saysız-hesabsız nemət yaradır, nemətləri saymaqla bitirə bilmirik, lakin bəzi insanlar ən kiçik çətinlikdə Allahın əleyhinə düşünürlər.

(A9 TV; 15 iyun 2017)

Allahın sənətini həmişə düşünmək və izah etmək lazımdır. Hər yerdə hər kəsin bir-birinə Allahın sənətini xatırlatması lazımdır. Beynimizin içində gözsüz görən biri var, bu çox böyük sənətdir. Meteoritlərin arasında böyük sürətlə hərəkət edirik, bu böyük sənətdir. Allah xoşumuza gələn şəkildə musiqi yaradır. Həm musiqini, həm də musiqinin xoşumuza gəlməsini yaradır. Bu böyük sənətdir. Xalçanın tək ipliyində yunun alındığı heyvana dair bütün məlumat var, bu çox böyük sənətdir. Xarici aləmdə səssizlik, qaranlıq hakimdir, lakin biz beynimizdə par-par parıldayan rəngarəng dünyada yaşayırıq. Bu Allahın mükəmməl sənətidir.

(A9 TV; 15 iyun 2017)

Mehdi gəlməyəcək deyə həmişə deyənlər mehdiyyətin doğru olduğunu bildikləri üçün belə təşvişə qapılırlar. Mehdi zühur etməyəcək deyənlər əlamətlərdən israrla heç bəhs etmirlər. Çünki Mehdinin bütün əlamətlərinin reallaşdığını bilirlər.

(A9 TV; 15 iyun 2017)

Qadının dəyərini bilmək onu Allahın təcəllisi olaraq görməklə mümkün olar. Bu zaman qadın gözündə ucalar və ona qoruma hissi ilə baxarsan. Qadın Allahın ən gözəl sənət əsərindən biridir. Qadının xoşbəxt yaşaması üçün öz mənfəətlərindən imtina edən ruh hakim olmalıdır.

(A9 TV; 15 iyun 2017)

Türkiyədə kənd təsərrüfatı və heyvandarlığa çox əhəmiyyət verilməlidir. Kənd təsərrüfatı fakültələrinin sayı artırılmalıdır, kənd təsərrüfatı və heyvandarlıq təşviq edilməlidir.

(A9 TV; 15 iyun 2017)

Tələbələrə hər kəsin dəstək olması lazımdır. Staj keçən tələbələrə təqaüd verməmək düzgün deyil. Tələbəyə sahib çıxmaq məsuliyyətdir. Bayram cibxərcliyi kimi tələbə cibxərcliyi ənənəsi olmalıdır. Ailədən, qonşulardan hər kəsin şagirdlərə imkanı dərəcəsində dəstək olması əhəmiyyətlidir.

(A9 TV; 15 iyun 2017)

Cəmiyyətin bəzi qatı qanunları insanların həyatını zəhərə döndərir, öz özlərini əzən bir sistem yaradırlar. Lazımsız qayda-qanunlar insanları boşuna əzir, hər lazımsız qanun, yeni zəncir olur. Quran insanların üzərindəki bu zəncirləri qırar. Quran azadlıqdır.

(A9 TV; 15 iyun 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)