Peyğəmbərimiz (s.ə.v) bir an belə özü üçün yaşamamışdır. Həyatın bütün yönlərindən çəkilərək hər anında təkcə Allah üçün yaşamışdır.
(A9 TV; 12 iyun 2017)
Allah hər insana həm pisi, həm də bu pisdən xilas olmağın yolunu öyrətmişdir.
(A9 TV; 12 iyun 2017)
İsa Məsihi gördüyümüz zaman müasir, yaraşıqlı bir dəliqanlı olaraq görəcəyik. Yaşı çox olmasına baxmayaraq, çox gənc, gümrah və atletik olacaq. İsa Məsih, hz. Mehdinin vəfatından qısa müddət sonra vəfat edəcək. Ondan sonra cəmiyyətdə çox sürətli pozulma başlayacaq.
(A9 TV; 12 iyun 2017)
Allah sevgisi və Allah qorxusu Quranı diqqətlə həyata keçirməkdir.
(A9 TV; 12 iyun 2017)
Mömin hər anında ən Uca Sevgilisi olan Allaha hər vəsilə ilə sevgisini ifadə etmək istəyər. Bu da möminə gümrahlıq və şövq verər.
(A9 TV; 12 iyun 2017)
Uşaqlara bir mövzunu hörmət edərək, dəyər verərək izah etmək lazımdır. Uşaqdır bu, deyərək hörmət göstərməyən üslub işlətmək doğru olmaz.
(A9 TV; 12 iyun 2017)
Möminin axirətdəki sorğu-sualı da çox asandır. Küfr əhli üçün isə çox detallı çətin sorğu-sual olacaq.
(A9 TV; 12 iyun 2017)
İnsan ölüm anından etibarən yeni aləmə keçər. Mömin ölüm vaxtı heç bir qorxu, narahatlıq və ya sarsıdıcı hadisə yaşamaz. Ölüm yuxu kimi olan bu təsvirin çox aydın təsvirə çevrilməsidir. Küfr əhli ölüm anından etibarən əzab yaşamağa başlayar, mömində əzab olmaz.
(A9 TV; 12 iyun 2017)
Darvinizm fikri olaraq məğlub edildikdə sol ideologiyaların dayaq nöqtəsi dağılmış oldu. Buna görə də, bütün dünyada sol geriləyir.
(A9 TV; 12 iyun 2017)
Özünü tamamilə Allaha həsr etmiş, dünyadan tamamilə çəkilmiş, eqoistlikdən imtina etmiş insanda ehtirasın qapısı açılar. Ehtiras, Allahın rizasının ən çoxunu axtaran insanlara verilən xüsusi nemətdir.
(A9 TV; 12 iyun 2017)





