Öz ruhuna baxmaq imanı gücləndirmək üçün ən təməl mövzudur. Öz daxili quruluşunu görən insan, içindəki “mən”i bilən, duyduğunu hiss edən insan müdhiş genişlənmə yaşayar. O zaman insan sadəcə qolundakı saata baxaraq, tək bir çay qasığına baxaraq ən yüksək nöqtədə iman edər.

(A9 TV; 1 iyul 2018)

Təbliğdə ən təsirli olan səmimi imandır. Qarşısındakı insanın imandan zövq aldığını görmək çox müsbət təsir edər. Həqiqi imanın üz ifadəsi də, üslubu da çox ayrıdır. Belə bir insan danışmasa belə müdhiş müsbət təsir edər. İzah edərkən də qısa, köklü izahatlar faydalı olar. Uzun söhbətlər darıxdırıcı təsir edə bilər.

(A9 TV; 1 iyul 2018)

İnsanların çökməsinə səbəb olan darvinist, materialist təhsildir. Terrorun səbəbi darvinist, materialist təhsildir. Məktəblərdə gəncləri “sizin atanız mikrobdur”, “hər şey kor təsadüflərin məhsuludur” deyə yetişdirməyə davam edildiyi müddətcə cinayətlər, qırğınlar, anarxiya, qarşıdurma son tapmaz. Darvinizm elm deyil. Darvinizm bütpərəst nağıldır. Gəncləri müasir elmin tapıntılarına görə hazırlayaq. Fosilləri görsünlər, zülalın necə meydana gəldiyini öyrənsinlər, elmin təkamülü rədd etdiyini görsünlər.

(A9 TV; 1 iyul 2018)

Küçə üslubu münafiqin bütün həyatına hakimdir. Saxtakar satıcı üslubuyla hərəkət edər. Münafiq, həyatın həqiqətlərini başından, öz ağlına görə dini utopiya tapar, Quranın yaşana biləcəyinə inanmaz.

(A9 TV; 30 iyun 2018)

Qəzəblənməkdən utanmaq lazımdır. Allah səni görür, sən isə qəzəblənirsən. Alçaldıcı vəziyyətdir. Müsəlmanın qəzəbi, dürüstlük duyğusu və qərarlılıq şəklindədir.

(A9 TV; 30 iyun 2018)

Bütün həyatımıza hakim tək güc Allahdır. İnsanların böyük hissəsinin iman etməməsi möminlərin təhsili üçün xüsusi yaradılmış vəziyyətdir.

(A9 TV; 30 iyun 2018)

Allah münafiqləri maddi və mənəvi hər yöndən çökdürər. Daxilən yandırar. Peyğəmbərimiz münafiqlərin həlak olması üçün dua etmişdir. Münafiqlərin həlakı üçün dua etmək sünnədir. PEYĞƏMBƏRİMİZ (S.Ə.V) BU CÜR DUA EDİR: “ALLAHIM, O MÜNAFİQLƏRİN HAMISINI QƏHR ET, ONLARIN BİRLİKLƏRİNİ DAĞIT, PƏRİŞAN ET! ONLARIN BİR-BİR CANLARINI AL VƏ ONLARIN HEÇ BİRİNİ SAĞ BURAXMA!” (Mənbə: Asim Köksal, İslam tarixi, XI, 14-30)

(A9 TV; 30 iyun 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)