Allah ilə ağıllı əlaqə çox önəmlidir. Allaha qarşı, haşa, bilən, “mən edərəm” məntiqiylə hərəkət etmək, təkəbbür göstərmək çox pisdir. Səni kamil edən Allahdır. Sənə dərinlik verən Allahdır. Sənə Özünü dərk elətdirən Allahdır. Allah Özü ilə yaxın əlaqəni çox əhəmiyyətli görər. Allah ilə həmişə isti əlaqə həyatidir.
(A9 TV; 4 iyul 2018)
Qəddarlıq və sevgisizliyin qanunla qadağan edilməsi lazımdır. Bütün müəssisələrin sevgini əsas alması lazım olduğu, həyat məqsədi olaraq sevginin izah edilməsi əsas şərt olduğu, dövlətin bütün qurumlarının sevgiyə görə hərəkət etməsi lazım olduğu konstitusiyaya qısa maddə olaraq əlavə edilməlidir.
(A9 TV; 4 iyul 2018)
Şeytanın çirkin fısıltısını, münafiqləri dinləmək, Qurana görə haramdır. Heç bir münafiqin, heç bir şeytanın, İslam əleyhinə deyilən heç bir sözün dinlənilməməsi lazımdır. Allah, İslam əleyhinə danışılan yerdən uzaqlaşmaq lazım olduğunu bildirmişdir. Müsəlman, münafiqin pisliyiylə, lağım kimi dünyasıyla ünsiyyətdə olmaz.
(A9 TV; 3 iyul 2018)
Münafiq, o axmaq halı ilə müsəlmanlara təsir etməyə çalışarkən bilmədən Quranı və İslamı istifadə edər. Münafiq, Qurana qarşı Quranı istifadə edən məxluqdur. “Siz İslama, Qurana gecə gündüz vaxt ayırırsınız, amma insanın tətilə ehtiyacı olur. Gedin 3 ay tətil edin” deyir. O vaxt İraqda, Suriyada onlarla müsəlmanın şəhid edilməsi münafiqi heç vaxt maraqlandırmaz.
(A9 TV; 3 iyul 2018)
Şeytan müsəlmanlara pıçıldayar amma bunun təsiri yüngül olar. Bu pıçıldama ilə yazılı və vizual olaraq da təsir etmək istəyər. Bunun üçün də işçi istifadə edər. Boş, ölü məxluqları yəni münafiqləri istifadə edər. Əsas məqsədi də zəif olanı öz tərəfinə çəkməkdir. Şeytan, qotur itin üzərindəki bitləri təmizləyən qarğa kimidir. Münafiq qarğa kimi qotur it üzərindəki bitləri təmizləyər, o da onu aparar. Bunların təməlləri də qotur it kimidir.
(A9 TV; 3 iyul 2018)
Uşaq itmələri və cinayətlərini tam olaraq əngəlləməyin yolu edam ya da xədim etmək kimi cəzalar deyildir. Əlbəttə cinayət sanksiyası tələb olunar və tətbiq olunmalıdır, ancaq belə vəhşicəsinə cinayət işləyən birinə bu cinayət sanksiyaları tək başına mane olmur, qorxutmur. Uşaq onsuz da şəhid olduqdan sonra bu vəhşiliyi edəni xədim etməyin mənası qalmaz. Mühüm olan uşaq zərər görmədən əvvəl tədbir almaqdır. Bunun üçün də əsas doğru təhsildir. Darvinist, materialist təlqinlərlə, “sən kor təsadüflərin məhsulusan”, “var olmaq üçün mərhəmətsiz, eqoist olmaq məcburiyyətindəsən”, “heyvanlar kimi mübarizə aparmalısan” təlqinlərlə insan yetişdirilsə bu cür zülmlər son tapmaz. Darvinist, materialist təhsil ləğv edilər, insanlara sevgi, mərhəmət, Allah qorxusu öyrədilsə hüzurlu və etibarlı cəmiyyət meydana gələr.
(A9 TV; 3 iyul 2018)
Tək əxlaq sistemində razılaşıb ittifaq ediləndə insanların razılaşması və dostluğu çox asan olur. İnsan Quranın əxlaqında ittifaq edincə xoşbəxt olur, bundan başqa anlaşılmazlıqların ortadan qalxması mümkün olmaz.
(A9 TV; 3 iyul 2018)
Ediləcək ən təcili xidmət insanların sevgi və mərhəmət dolu olmasını təmin etməkdir. Bunun üçün də darvinist-materialist təhsilin bitirilməsidir, çünki darvinizm insanların bir növ heyvan olduğunu və eqoistcə, mərhəmətsizcə mübarizə etmələrini söyləyir. Bu dəccali fəlsəfəni elmlə irfanla bir an əvvəl təmizləyək. Yoxsa Allah qorusun dəccaliyyət uşaqları da, heyvanları da, gəncləri də məhv etməyə davam edəcək.
(A9 TV; 3 iyul 2018)
Küçə sənətçiləri dünyanı şənləndirən həqiqi sənətçilərdir. Ən gözəl sənət nümayişlərindən biri onların icra etmələridir. Həm daha şən, həm daha nəşəli, həm də daha candan mühitdir. Küçə sənətçilərinin şərəfləndirmək çox əhəmiyyətlidir.
(A9 TV; 3 iyul 2018)
Darvinist təhsil şüursuz, Allahdan uzaq, Allahdan qorxmayan insanların yetişməsinə səbəb ola bilər. Darvinizmin məqsədi onsuz da dinsiz nəsil yetişdirməkdir. “Allah yoxdur” təhsili verilərək gəncləri yetişdirmək çox böyük fəlakətdir.
(A9 TV; 2 iyul 2018)





