Edam doğru üsul deyildir. İran kimi ən çox edam cəzası tətbiq olunan ölkələrdə əxlaqi cinayətlər son dərəcə yüksək olur. Edam cəzası gətirilməsini dəstəkləyən bəzi seqmentlərin Türkiyəni pis vəziyyətə salmaq istəyən çox daha fərqli planı ola bilər. Məsələni əsas həll edəcək olan doğru təhsildir. Təhsillə bir insanı islah etmək varkən, edamla yox etmək doğru üsul olmaz.
(A9 TV; 6 iyul 2018)
Allah ilə əlaqəni kəssən əgər, xoşbəxtliyi də kəsmiş olarsan. Sənə həyat verən, sənə nəfəs aldıran, sənə sayıla bilməyəcək qədər çox nemət verəni unutsan, bu zülmün ən böyüyüdür.
(A9 TV; 6 iyul 2018)
Gənc qızı şort geydiyi üçün yataqxanadan atmaq çox səhv və çirkin hərəkətdir. Bu vəziyyəti dərhal təlafi etmək lazımdır. Bir insanın imanı, əxlaqı, dindarlığı, vicdanı, dərin düşünmə gücü paltarıyla qiymətləndirilə bilməz. Kimsə kimisə zorla heç nəyə məcbur edə bilməz. Gənc qızları, qadınları, cavanları təzyiq göstərməklə, bezdirməklə dəyişməyə çalışmaq çox ürküdücü və dəhşət vericidir. İnsanlar azad yaşamaq istəyər. Heç kim təzyiq göstərən zehniyyətdə olanlarla eyni düşüncədə olmaq və yaşamaq məcburiyyətində deyil.
(A9 TV; 6 iyul 2018)
Heyvanların əlindən, üzündən məsumluq, dürüstlük, məzlumluq axdığı üçün insanlar onlardan çox böyük zövq alırlar. Allah heyvanları, sevməyimiz üçün hər yerlərini şirin yaradır.
(A9 TV; 5 iyul 2018)
Sevgidə insan özünü deyil qarşısındakının ağlını, şəxsiyyətini, xarakterini ucaldar və tərifləyər. Eqoizm və böyüklük hissi olanda isə heç vaxt qarşısındakını ucaltmaq istəməz, yalnız özünü ucaltmağa çalışar.
(A9 TV; 5 iyul 2018)
Tərifləmək sevgini inkişaf etdirər. İnsanların bir-birlərinə qarşı könül alıcı olması, əxlaqının və görünüşünün gözəl yönlərini tərifləməsi lazımdır.
(A9 TV; 5 iyul 2018)
Quranda müdhiş azadlıq vardır. Quranda bildirilən haramlar çox azdır. Quran əxlaqı dünyaya hakim olduğunda insanlar çox azad və gözəl yaşayar.
(A9 TV; 5 iyul 2018)
“Mehdi gəlmədi, Mehdi gəlməyəcək” deyənlər Mehdinin çıxış əlamətlərindən heç vaxt bəhs etmirlər. Mehdi gəlməyəcək deyə səhər axşam çaxnaşma salanlar, “Peyğəmbərimiz (s.ə.v) bu əlamətləri saydı və bunlar hələ olmadı” desinlər. Deyə bilməzlər, çünki Peyğəmbərimiz (s.ə.v), 600-dən çox əlamət saymış və bu əlamətlərin hamısı tək-tək bu dövrdə meydana gəldi.
(A9 TV; 5 iyul 2018)
Hər mövzunu mütləq sevgiylə, dostluqla, ağılla həll etmək lazımdır. Qəzəblə heç bir mövzunu həll etmək mümkün olmaz. Həll edilər kimi görünsə də, iki tərəfə də böyük zərər verər.
(A9 TV; 5 iyul 2018)
Uşaq sevindirmək gəmi ilə gəzməkdən, lüks məkanda yemək yeməkdən daha çox zövqlüdür. Uşaq ən kiçik bir şeylə xoşbəxt olar. Onları xoşbəxt etmək gözəllikdir.
(A9 TV; 4 iyul 2018)





