İşəgötürənlər işçilərini öz övladları kimi görüb, onlara şəfqət göstərib mərhəmətlə yanaşmalıdırlar.
(A9 TV; 22 iyun 2017)
Bəziləri gənc qızların əylənməsini anormal görür, lakin özləri istədikləri kimi əylənirlər. Əsil əyləncə, sevinc və gözəllik qadınların hüququdur.
(A9 TV; 22 iyun 2017)
Qadının iffətinə dəyər verib, dünyadakı ən gözəl varlıq olduğunu hiss etdirib, hörmət göstərərək istədiyi qədər azad yaşayacağı mühit təmin edilməlidir.
(A9 TV; 22 iyun 2017)
Gənclərin rahat-rahat söhbət edəcəkləri, əylənəcəkləri, güləcəkləri bir dünya istəmələrində haqq var. Hörmət və sevginin olduğu mühitdə azad olarlar.
(A9 TV; 22 iyun 2017)
Rusiya və Türkiyənin arasının pozulması üçün çox çalışdılar. Türkiyənin Rusiya ilə də, İsrail ilə də əlaqələri həmişə yaxşı olacaq inşaAllah.
(A9 TV; 22 iyun 2017)
Türkiyədə Suriyalı problemi yoxdur. Türkiyədə Suriyalı qonaqlarımız var, canını qorumaq məqsədi ilə gələni qorumaq müsəlman üçün fərzdir.
(A9 TV; 22 iyun 2017)
Qız dostlarımın mənə olan səmimi sevgiləri Allahın xüsusi lütfüdür. İmandan irəli gələn sevgi Allahın möminlərə hədiyyəsidir.
(A9 TV; 22 iyun 2017)
Hər insan təkcə öz ekranında ona göstərilən təsviri bilər, digər insanın ekranında nə göstərildiyini bilə bilməz.
(A9 TV; 22 iyun 2017)
Küçə sənətçilərinə layiq olduqları dəyərin verilməsi əhəmiyyətlidir. Küçədə ifa edilən musiqi həqiqətən nəfis olur, lazımı qədər təqdir edilməlidir.
(A9 TV; 22 iyun 2017)
Gənclərin həqiqətən əylənə bilmələri üçün əvvəlcə qəlblərinin hüzurlu olması lazımdır. İman və sevgi olmadan əyləncə yeri gərginlik vəsiləsi olur.
(A9 TV; 22 iyun 2017)





