Suriyalı qonaqlarımız bizim canımızdır, kim nə deyirsə desin, onlara sonuna qədər sahib çıxacağıq inşaAllah.
(A9 TV; 23 iyun 2017)
Dəccaliyyət qadınları kişi etmək, kişiləri də qadın etmək istəyir. Buna görə də, dünyaya homoseksuallığı yaymağa çalışırlar. Dünyanın bir çox ölkəsində homoseksuallığı insanlara zorla qəbul etdirirlər. Qurana görə çirkin hərəkət olan bu haramın yayılması dəhşət vericidir. Homoseksuallıq Quranda, Tövratda və İncildə Allahın haram etdiyi çox çirkin azğınlıqdır. İnsanlara bunu zorla qəbul etdirmək zülmdür.
(A9 TV; 23 iyun 2017)
Mən Allahı sevirəm, Allahdan qorxuram. Bəzi insanların Allahı görə bilməməsinə və Allahı unutmasına çox təəccüblənirəm.
(A9 TV; 23 iyun 2017)
Mən Allahın dəlisiyəm. İslama xidmət varsa, Allaha aşiqsənsə, möminləri sevirsənsə, sənə hər gün bayramdır.
(A9 TV; 23 iyun 2017)
Quran insanların üzərindəki ağır zəncirləri sındırar. Cəmiyyət qaydaları isə insanların üzərinə heyrətamiz dərəcədə ağır yüklər gətirər.
(A9 TV; 23 iyun 2017)
İnsanlar Quran azadlığı içində yaşamış olsa, olduqca xoşbəxt olarlar. Lakin cəmiyyətin təzyiqləri ucbatından sanki nəfəs belə ala bilmirlər.
(A9 TV; 23 iyun 2017)
İslamı, elm, incəsənət və həyatın gözəl tərəflərini öldürən sistem zənn etdikləri üçün dindən uzaq dayanırlar. Halbuki İslam sevincin, həyatın özüdür. İslamı sevinci yox edən sistem zənn etdikləri üçün qocalanda dini yaşayarıq deyirlər. Halbuki İslam insanlara təzyiq tətbiq edən bütün qaydaları aradan qaldırar.
(A9 TV; 23 iyun 2017)
Əliaçıq olmaq gözəl xüsusiyyətdir. Dünya hərisliyi olmadan, malı bol paylamaq bərəkət gətirər.
(A9 TV; 23 iyun 2017)
İslamı və dini izah etmək heç vaxt qarşılıq gözləyərək olmaz. İnsanın İslamı izah etdiyi üçün pul alması Qurana uyğun deyil.
(A9 TV; 23 iyun 2017)
Türkiyə bir ölkənin təkcə bir təbəqəsinə deyil, bütün xalqına sahib çıxmaqla məsuldur. Misirdə də, bütün xalqı ayırd etmədən sahiblənməli, sevməliyik.
(A9 TV; 23 iyun 2017)





