Hər bəlanın altında Allah sevgisi və Allah qorxusunun olmamağı var. Allahı sevən insanın anlaşmazlıq, tərslik, dava yaşaması qeyri-mümkündür.
(A9 TV; 21 iyun 2017)
Qatar və Misiri barışdıran da Türkiyə olsun. Türkiyə heç bir ölkədə təkcə bir təbəqəni müdafiə edən olmasın, bütün təbəqələri qucaqlayaq.
(A9 TV; 21 iyun 2017)
Türkiyə, Misirdə bütün xalqı qucaqlayacaq, hamısının xilas olması üçün səy göstərəcək bir siyasət aparsa çox gözəl olar. Misirdə edam növbəsi gözləyən gənclərin xilas edilməsi Türkiyənin prioriteti olsun. Bu da Misirdəki bütün təbəqələrə sahib çıxmaqla mümkün olar.
(A9 TV; 21 iyun 2017)
Bir insan təhsil almamış ola bilər, lakin arif olar. Arif olan insan müəyyən mənada alimdir, ağlı ilə hadisələri çox yaxşı dəyərləndirər.
(A9 TV; 21 iyun 2017)
İnsanlar ağılla, sevgi ilə, məhəbbətlə, eqoistlikdən xilas olmaqla xoşbəxt olar.
(A9 TV; 21 iyun 2017)
Sevgini qadağan edən, qadınların azadlığını, sevincini təzyiq altına alan bir sistemdə incəsənət də inkişaf etməz.
(A9 TV; 21 iyun 2017)
Sevginin, dostluğun, qardaşlığın yayıldığı cəmiyyətdə heç bir gənc qıza təcavüz edilməz, narahat edilməz.
(A9 TV; 21 iyun 2017)
“Çox yaxşı yerə gəlmək” Allah sevgisi ilə, imanla xoşbəxtlik vəsiləsi olar. Yaxşı dediyin yerdə sevgi ilə, imanla yaxşı xidmət etsən xoşbəxt olarsan. Xoşbəxtlik digər insanları xoşbəxt etdiyin zaman yaşanan duyğudur. Eqoist insan xoşbəxt ola bilməz.
(A9 TV; 21 iyun 2017)
Hz. Mehdi dövründə dünyada silah qalmayacaq, mövcud silahların hamısı sənayedə işlədiləcək.
(A9 TV; 21 iyun 2017)
İstirahətlə, məkan dəyişdirməklə xoşbəxtlik olmaz, həyatın dəyişməsi ilə xoşbəxtlik olar. İslama, dinə xidmət edən ən mükəmməl istirahət etmiş olar.
(A9 TV; 21 iyun 2017)





