Bizim proqramlarımızın məqsədi dəccaliyyəti elmlə, irfanla zərərsizləşdirib həyatın hər sahəsində bu sistemi tamamilə çökdürməkdir.
(A9 TV; 5 iyul 2017)
Zülalın əmələ gəlməsi üçün başqa zülala ehtiyac olması həqiqəti, darvinizmi elmi yolla dağıtmaq üçün kifayətdir.
(A9 TV; 5 iyul 2017)
Biz “təsadüf elm deyil” dedikdə bəzi darvinistlər “təsadüfi təsadüf” kimi mənasız ifadələr ortaya atdılar, boşuna çırpınırlar. Darvinistlər təsadüf iddiaları ilə artıq heç kimi aldada bilməzlər, Darvinizmi elmlə yerlə-yeksan etdik.
(A9 TV; 5 iyul 2017)
Ülkücülər ağıllı və nəcibdirlər, heç vaxt oyuna düşməyiblər. Ülkücülər dövlət tərbiyəsi almış, dövlətə, millətə sadiq insanlardır.
(A9 TV; 5 iyul 2017)
Ümumi biliyin insanı gözəlləşdirdiyinin vurğulanması kitab oxunmasına da təşviq edəcək. Ümumi bilik olduqca əhəmiyyətlidir. Ümumi biliyə yiyələnmiş insan gözəl və səlis danışar, nəzakətli olar.
(A9 TV; 5 iyul 2017)
Analıq dünyanın ən çətin və ən müqəddəs məharətidir, hamiləlik dövrü çox zəhmətlidir, doğduqdan sonra da uşağa böyük diqqət göstərmək lazımdır. Analıq şərəfdir. Analara dövlətimizin və millətimizin mütləq maddi-mənəvi dəstək verməsi lazımdır. “Analıq haqqı” şəklində analara dəstək olacaq imkan yaradılması çox gözəl olar. Anaların bütün istəklərinin yerinə yetirilməsi lazımdır.
(A9 TV; 5 iyul 2017)
Bəziləri İslamı yaşanması çətinmiş kimi göstərərək insanları dindən uzaqlaşdırmağa çalışırlar, halbuki İslam azadlıqlar dinidir. İslamın yayılmasını istəməyən bəzi kəslər, dini dekolteyə qarşı kimi göstərməyə çalışırlar, boşuna çalışırlar.
(A9 TV; 5 iyul 2017)
Bazara gedir meyvələrə tərəvəzlərə heyran olur, bitkiyə baxır heyran olur, heyvanlara heyran olur. Bütün bunlar necə yarandı deyirik, təsadüf deyir. Hər şey təsadüflə yarandı demək, tarixin ən alçaldıcı, ən məntiqsiz izahıdır. İnsanlar bir müddət sonra bunu necə dedik deyə təəccüblənəcəklər.
(A9 TV; 5 iyul 2017)
Tək bir quşun tək bir tükünün tək bir hüceyrəsində İstanbul şəhəri qədər böyük, mürəkkəb məlumat var. Bu məlumat təsadüf nəticəsində meydana gələ bilməz.
(A9 TV; 5 iyul 2017)
Bütün canlılarda mükəmməl sənət, mükəmməl estetika və mükəmməl simmetriya var. Bunun təsadüflə izah edilməsi qeyri-mümkündür.
(A9 TV; 5 iyul 2017)





