Müasir kimi görünən qatı mühafizəkar olan bir təbəqə var. Bunlar buz kimi soyuq bir din anlayışına malikdirlər və ruhlarında incəsənət, sevgi yoxdur. Bunların gülərüzlü olduqlarını, şən yaşadıqlarını görməzsiniz. Xalqdan özlərini yüksəkdə hesab edərlər, təkəbbürlü və lovğadırlar. Bu tiplər görünüşdə ənənəçi ortodoks sistemi tənqid edərlər, lakin yaşadıqları həyatın soyuqluğu, sevgisizliyi, eqoistliyi eynilə dindən uzaqdır. Bunların həyat fəlsəfəsi insanların sevincini boğan, həyatın gözəlliklərini əllərindən alan, guya kübar, lakin əslində buz kimi soyuqdur.
(A9 TV; 6 iyul 2017)
İman sevinci ən gözəl sağlamlıq vəsiləsidir. Bütün mənliyi ilə Allah üçün yaşayan çox yaxşı həyat yaşayar.
(A9 TV; 6 iyul 2017)
Şəhid ailələri, qazi və qazi ailələri üçün yayla yerlər də daxil olmaqla, yurdun hər yerində istirahət mərkəzləri yaradaq, onları çox gözəl yaşadaq. Bu məkanlar xalqa da açıq olsun, xalq onları ziyarətə getsin, hədiyyələrlə şərəfləndirsin. Can əzizdir, vətən üçün canını verəni baş tacı edək.
(A9 TV; 6 iyul 2017)
Yaşlanmamağın sirri imandır. Allah Özünü səmimi sevənə yaşı irəliləmiş olsa belə güc, qüvvət, qüdrət və gümrahlıq verər.
(A9 TV; 6 iyul 2017)
Qadının dekoltesinə, gözəlliyinə, makiyajına qarışmaq İslamda deyil, ənənəçi ortodoks sistemdə vardır. İslamda qadın azaddır.
(A9 TV; 6 iyul 2017)
Qadını potensial cinayət işləyəcək və işlədəcək varlıq kimi görüb təzyiq altına almağa çalışmaq ənənəçi ortodoks sistemin ən qorxunc tərəfidir.
(A9 TV; 6 iyul 2017)
Qazilərimiz üçün yurdun müxtəlif yerlərində istirahət etmələrindən ötrü geniş obyektlər yaradaq. Xalqa da açıq olsun bu məkanlar. Qazilərimiz xalqla iç-içə olsunlar.
(A9 TV; 6 iyul 2017)
Atatürk xurafatlarla Quran İslamı arasındakı fərqi görmüş və ziyalı Quran müsəlmanlığının dəyərini anlamış çox dəyərli insandır.
(A9 TV; 5 iyul 2017)
Müsəlmanların ən gözəl duası və hədəfi “Allah hamımızdan razı olsun, cənnətdə bizi bacı-qardaş etsin”dir.
(A9 TV; 5 iyul 2017)
Müsəlman təkcə Allahdan qorxar, lakin hər zaman təmkinli və diqqətli olar.
(A9 TV; 5 iyul 2017)





