Gənclərin sevdikləri ixtisaslarda, qabiliyyətlərinə uyğun təhsil aldıqları sistem hakim edilə bilsə çox yaxşı olar.
(A9 TV; 5 iyul 2017)
Elm və texnologiyanın inkişafı üçün ənənəçi ortodoks sistemin tamamilə aradan qalxması, keyfiyyət və incəsənətin də ön plana alınması əsas şərtdir.
(A9 TV; 5 iyul 2017)
Allah üçün sevməsən həmişə məyus olarsan. Allah üçün sevməsən, mərhəməti, şəfqəti, ehtirası yaşaya bilməzsən.
(A9 TV; 5 iyul 2017)
Ehtirası, sevgini bilməyən, qadının ruhu ilə sevgi əlaqəsi yarada bilməyən, təkcə əti, sümüyü əhəmiyyətli hesab edən həqiqi sevgini heç vaxt yaşaya bilməz.
(A9 TV; 5 iyul 2017)
Təhsil alanlardan heç bir yerdə ödəniş alınmaması, onların cibxərcliyinin bayram cibxərcliyi kimi adət halına gətirilməsi lazımdır.
(A9 TV; 5 iyul 2017)
Uşaqların ən böyük qidası sevgidir. Sevgisiz mühitdə uşaqlar xəstə olar.
(A9 TV; 5 iyul 2017)
Bir qadının zorakılığa məruz qaldığına şahid olan birinin bu qadını mütləq qoruması, təhlükəsizliyini təmin etməsi lazımdır.
(A9 TV; 5 iyul 2017)
Qadınların baxımsız olduğu, təzyiq altına alındığı bir mühitdə din yayılmaz. Qadın azadlığı və gözəlliyi vardırsa din sürətlə yayılar.
(A9 TV; 5 iyul 2017)
Peyğəmbərimiz (s.ə.v) heç vaxt qadınların döyülməsini söyləməmişdir. Bunu iddia edənlər doğru danışmırlar.
(A9 TV; 5 iyul 2017)
Savaş lobbisi mehdiyyətlə birlikdə yer üzündən silinəcək, hər kəs dost, hər kəs qardaş olacaq. Bütün döyüşlər bitəcək.
(A9 TV; 5 iyul 2017)





