Hz. Süleyman heyrətamiz zövqlü və ağıllı insandır. Onun incəsənət zövqünü, gözəllik anlayışını görmək bir çox insanın imanına vəsilə olur.
(A9 TV; 23 iyul 2017)
Təbliğdə gözəl və yaraşıqlı insanlar, baxımlı məkanlar, dəbdəbəli həyatlardan istifadə edilməsi Quranda hz. Süleymanın üsulu olaraq bildirilir.
(A9 TV; 23 iyul 2017)
Çimərliyə gedən, plyaj geyimli qadınlarla eyni mühitlərdə olan bəzi kəslərin dekolteyə qarşı səmimiyyətsiz reaksiyaları olur. Bunun səbəblərindən biri də dinin həyatdan kənar olduğuna və ya din olduğu yerdə sevinc, gözəllik, musiqi, incəsənət olmayacağına inanmalarıdır. Dinin içində həyat olmayan ölü sistem olduğuna inananlar bizim aktiv sevinc dolu həyatımızı gördükdə əvvəlcə təəccüblənirlər. Lakin yavaş-yavaş Quran müsəlmanlığının mümkün olduğu qədər geniş azadlıq olduğunu görürlər və İslamdan uzaq olmaları aradan qalxır.
(A9 TV; 23 iyul 2017)
Şeytan insanlardan intiqam almaq üçün fitrəti pozur. Qadının qadın kimi, kişinin kişi kimi olması lazımdır.
(A9 TV; 23 iyul 2017)
Qadınları əzərək, gözəlliklərini yox edərək sevgini, ehtirası aradan qaldırmaq istəyirlər. Qadın gözəlliyi möhtəşəm nemətdir.
(A9 TV; 23 iyul 2017)
Hörmətli Devlet Bahçeli çox keyfiyyətli və sadə insandır. İngiltərə dərin dövlətinə qibtə edən bəzi insanlar Bahçelinin dərinliyini anlaya bilmir, dəyərləndirə bilmirlər.
(A9 TV; 23 iyul 2017)
Müsəlmanlar bir-birinin hamisidir və bir-birini qorumaqla məsuldur. Müsəlman bütün müsəlmanların ən yaxşı, ən xoşbəxt olmasını istəyər.
(A9 TV; 23 iyul 2017)
İslam kütləvi halda yaşanan dindir, müsəlmanlar müsəlmanlarla birlikdə yaşamaqdan zövq alar. Münafiq isə hiyləgərlik və dinsizlik axtarışındadır.
(A9 TV; 23 iyul 2017)
Münafiq qotur it kimi tənha gəzmək istəyər, təkbaşına bir küncdə həyatı sona çatar. Münafiq Allahın xatırlanmasını eşitmək istəmədiyindən tək qalmaq istəyər və İslamın yayılmaması üçün küfr əhlinə dəstək verər.
(A9 TV; 23 iyul 2017)
Münafiq istədiyi kimi ədabazlıq, hiyləgərlik etməyi hədəf edibdir. Hiyləgərliyinin qarşısının alınmasını istəməz, buna görə də, azadlıq tələb edər.
(A9 TV; 23 iyul 2017)





