Deist də olan çox dostum var, ateist də. Bu insanların dürüstlüyü gözəl xüsusiyyətdir. Münafiq və müşrik isə səmimiyyətsizdir, ikiüzlüdür.
(A9 TV; 24 iyul 2017)
Mənim gecəm, gündüzüm Allah üçün sevgini axtarmaqdır. Mən sevgiyə heç vaxt doymaram.
(A9 TV; 24 iyul 2017)
Qadın ağıllı kişidən çox xoşlanar. Ağlın olduğu yerdə kütlük, zövqsüzlük, kobudluq, anlayışsızlıq olmayacağını bilərlər.
(A9 TV; 24 iyul 2017)
Qurana görə müsəlmanlar tək bir ailə kimidir. Quran əxlaqı yaşandığı zaman müsəlmanın bütün müsəlmanlara öz qardaşı kimi baxması fərzdir.
(A9 TV; 24 iyul 2017)
Məgər dinimizdə qadınların yanında din izah etmək var, deyənlərin buna dair Qurandan dəlil gətirmələri lazımdır. Tək bir dəlil gətirə bilməzlər. Hz. İbrahimin həyat yoldaşı qonaq gələn mələklərin yanında gülür, söhbət mühiti var, hz. Musa hz. Şueybin qızlarına kömək edir, hz. Süleyman Səba məlikəsi üçün hovuz düzəltdirir. Qurana görə qadınların etibarlı mühitlərdə dekolteli olması, qadınların yanında dindən danışılması haram deyil. Buna haram deyənlərin Qurandan ayə göstərməsi lazımdır. Qurandan ayə göstərməyib “mənə görə, eşitdiyimə görə” deyə məntiq olmaz.
(A9 TV; 24 iyul 2017)
Peyğəmbərimiz (s.ə.v)-in vəfatından bir müddət sonra İslam əslindən uzaqlaşıb şirk dininə döndü, bu şirk dini getdikcə inkişaf etdi və İslam aləmi şirkin içində boğulan oldu. Dəccaliyyətin işi o qədər asanlaşdı ki, müsəlmanların əlindən elmi, incəsənəti, sevinci, həyatı aldı və asanlıqla əzdi. Biz də Qurana görə İslamda bunların hamısının qanuni və doğru olduğunu göstərdik.
(A9 TV; 24 iyul 2017)
Tezliklə İsrail oğulları ilə İsmayıl oğullarını barışdırıb, bölgədə hüzur içində yaşamalarını təmin etmək lazımdır, yoxsa əzablar böyük olar. İsrail və Fələstin xalqının o gözəl torpaqlarda dostcasına, qardaşcasına yaşaması mümkündür. Nifrəti qızışdırmaq heç kimə fayda verməz.
(A9 TV; 24 iyul 2017)
İnsan birtəhər yemək tapır yaşayar, lakin insan kimi sevgi ilə, eşqin gözəlliyi içində, incəsənət, estetikanın olduğu mühitdə yaşamaq mühümdür.
(A9 TV; 24 iyul 2017)
Dünya hal-hazırda dəccaliyyətlə mehdiyyətin elmi mübarizəsinə şahid olur. İqtisadi böhranlar, yoxsulluqlar, sevgisizlər mehdiyyətin qələbəsi ilə aradan qalxacaq.
(A9 TV; 24 iyul 2017)
Ağlı zəiflər münafiqlərin əxlaqsızlığını diaqnoz edə bilmədikləri üçün cahil şərhlər verirlər. Mömin Qurana görə şərh edər.
(A9 TV; 24 iyul 2017)





