Bütün musəviləri düşmən kimi görmək cəhalətin və ənənəçi ortodoks təhsilin nə cür fəlakət olduğunun dəlilidir. Allah Quranda Kitab əhlindən qadınlarla evlənə bilərsiniz, onların yeməkləri sizə halaldır deyir. Qurana görə Kitab əhli dostdur. Düşmənlik və nifrəti təlqin edən anlayış ən çox müsəlmanlara zərər verir. Allah nifrət hissi ilə deyil, şəfqətlə hərəkət etməyimizi istəyər.
(A9 TV; 23 iyul 2017)
Bəzi insanlar çox az əlaqə ilə Allaha bağlanır, hərdənbir Allahı xatırlayırlar. Belə olmaz. Allahla əlaqədə millimetr, santimetr boşluq qoymadan kəskin diqqət olması lazımdır. Bu zaman insan həqiqi mənada xoşbəxt olar. Allahdan uzaqda olan isə həmişə sovrular.
(A9 TV; 23 iyul 2017)
İnsanların xoşbəxtliyi axtarmamaları anormallıqdır. Xoşbəxtlik, hər şeyin sahibi, mərhəmətli, sonsuz ağıl sahibi Allaha bağlanmaqla olar.
(A9 TV; 23 iyul 2017)
İnsanların çoxu funksionallığı əsas götürür. Geyim zövqü, keyfiyyət, incəsənət, gözəllik axtarışı demək olar ki, heç olmur. Bu dəhşətli vəziyyətdir. Əksər insan arasında gözəlliyi öldürmə anlayışı yaranmış vəziyyətdədir. Gözəlliyi istəyəni və baxımlı olanı günahkar kimi görürlər, digər tərəfdən gözəlliyi təqdir edəcək, bəyənəcək kəsləri də olmur. Bu zaman inkişaf etmək, yaxşı olmaq, gözəlləşmək üçün heç səy göstərmirlər. Yaxşılıq, gözəllik, incəsənət, sevinc, sevgi, nəciblik həyatlarından çıxdığı zaman isə boğucu, şizofrenik, eqoist və içinə qapalı xarakter yaranır.
(A9 TV; 23 iyul 2017)
Allahı tərk edən insan faciəvi şəkildə sovrular. Allaha çox möhkəm sarılmaq, Allahı heç tərk etməmək lazımdır.
(A9 TV; 23 iyul 2017)
İnsan zəif yaradılmış varlıqdır. Allaha özünü bağlamayan insan pessimist, içinə qapalı, şizofrenik xarakter formalaşdırar.
(A9 TV; 23 iyul 2017)
Sevgiyə duyulan həsrət Quran müsəlmanlığına duyulan həsrətdir. Bu həsrətin çoxalması mehdiyyətin an məsələsi olduğunu göstərir.
(A9 TV; 23 iyul 2017)
Quran ruhunun hər yerə yavaş-yavaş yayıldığını görürük. İnsanların sevgi, qardaşlıq və dostluq axtarışı bu ruhun əlamətidir.
(A9 TV; 23 iyul 2017)
Quran əxlaqına əsaslanan ağıllı sevgi, şəfqət, yetkinlik anlayışının insanlara mənimsədilməsi lazımdır. Bu da ənənəçi izahatla olmaz.
(A9 TV; 23 iyul 2017)
İbadətgahlara hücum etmək Qurana görə haramdır. Məscidlər, sinaqoqlar, kilsələr Allahın qorunmasını əmr etdiyi müqəddəs məkanlardır. İbadət edən insanlara polad qapıları təpikləyərək reaksiya göstərmək qəhrəmanlıq deyil, ağılsızlıq, ədəbsizlikdir. İbadətgaha hörmət göstərilər.
(A9 TV; 23 iyul 2017)





