Qadın-kişi əlaqələrində “ciddi düşünürəm” ifadəsi çox vaxt şirkət planı qurma mənasına gəlir. Şirkət müqaviləsi kimi düşünürlər. Ona baxacaqmı, evə yaxşı pul gətirəcəkmi, ütüsünü yeməyini edəcəkmi, bunları nəzərdən keçirirlər. Əsas olan Allah qorxusudur. Allahdan qorxmayan insana etibar edilməz. Allah qorxusunu və sevgisini axtarmadan, maaşı nə qədərdir, maşını varmı, evi varmı, qohumları necədir deyə düşünsən əgər Allah rahatlıq verməz. Kişilərin çoxu qadınlara ət-sümük gözüylə baxır. İlk acizliyini görəndə soyumağa başlayır. Xəstə olanda uzaqlaşır. Qadınların çoxu da kişilərə gələcək zəmanəti gözüylə baxır. Belə anlayış olduğunda həqiqi sevgi, güvən, dostluq meydana gəlməz.

(A9 TV; 12 aprel 2018)

Qadınlar ən çox ağıldan və dərinlikdən xoşlanarlar. Ət-sümük hər yerdə tapılar. Amma ruhun olması çətindir. Qadınlar ən çox ciddi sevilməkdən, dəyər verilməkdən xoşlanarlar. Bunu da ancaq ağıllı insan edə bilər. Qadınlardakı detalları görmək də, qadınlara çox təsir edər. Bir çox kişi kütbeyindir. Qadındakı incə gözəllikləri görə bilməz. Daha da pisi, bir çox kişi, görəsən nə qüsuru vardır deyə baxar. Ağıllı kişi isə yalnız qadındakı gözəlliyi axtarar, qüsurları görməz, qüsurlara önəm verməz. Qadında həmişə ağıllı, xeyirli yönü axtarar, müsbət qiymətləndirər. O zaman Allah, o qadını onun üçün gözəl hala gətirər.

(A9 TV; 12 aprel 2018)

İslam ölkələri təcili olaraq toplansınlar. Suriya və Yaxın Şərqdə axan qanın dayanması üçün bir araya gəlsinlər. Bu yığıncağa Rusiya və Amerika da dəvət edilsin. Çox üst səviyyə toplantı olmasına ehtiyac yoxdur.

(A9 TV; 12 aprel 2018)

Küçə sənətçilərinin dəstəklənməsi əhəmiyyətlidir. İncəsənət əzm tələb edən çətin peşədir. Xüsusilə gənclər küçədə yaradıcılıq nümayiş etmək istədiklərində onlara imkan vermək, sahə yaratmaq və təqdir etmək lazımdır. Bir küçə sənətçisini təqdir etmədən keçmək böyük vicdansızlıqdır.

(A9 TV; 12 aprel 2018)

Allah qorxusu ağılı iti edər. Allahın böyüklüyünü anlamaqda ağılın qapalı olmasını ortadan qaldırar. Mükəmməl, yüksək əxlaqın özü də Allah qorxusudur. Bir az düşünən insan hər cür gözəlliyin mənşəyinin Allah qorxusu olduğunu görər. Allah qorxusu olduqda böyük təxribat olar.

(A9 TV; 11 aprel 2018)

Mömin, Allahın sevgisini itirməkdən qorxar. Sonsuz böyük güc və ağıl olan Allah, sənə dəyər vermir, səni sevmirsə bundan daha dəhşət verici heç nə ola bilməz. Allahın sevgisini itirsən harada olursan ol, məhv oldun deməkdir.

(A9 TV; 11 aprel 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)