İslamla əlaqəli həddindən artıq anti-təbliğat edildiyi üçün, din anladılanda bir çox insan özünü fəlakətə dəvət edildiyini zənn edir. Gülməyəcək, musiqi dinləməyəcək, heç bir yerə baxmayacaq, qadınları yarım insan biləcək, incəsənətlə maraqlanmayacaq, uzun illər qılmadığı namazları qılacaq, tutmadığı orucları tutacaq, baxımlı ola bilməyəcək, müasir geyinə bilməyəcək, təmiz ola bilməyəcək, oxumayacaq, düşünməyəcək sanır. İslamı izah edə bilmək üçün əvvəl bütün bu ön mühakiməni ortadan qaldırıb, mehribanlıqla insanlara yaxınlaşıb gözəl sözlə izah etmək lazımdır.

(A9 TV; 16 aprel 2018)

İnsan Allahdan müstəqil güc deyil. İnsan birbaşa Allah ilə əlaqəlidir. Ediləcək tək şey Allahı çox sevmək, Allah ilə dərin əlaqə içində olmaqdır. Biz tamamilə taleyin axışına bağlıyıq. Ellips ekrana yapışıq olaraq yaşayırıq. Bu ekrana təsir etmək, dəyişdirmək mümkün deyil.

(A9 TV; 15 aprel 2018)

Qadın mənim üçün dünyanın ən möhtəşəm, ən gözəl varlığıdır. Qadınlara diqqət göstərmək çox əhəmiyyətlidir. İmanlarının çox güclü olmasını təmin etmək lazımdır. Qadın imanla həqiqi qadın olur, imanlı Allahdan qorxan qadın dərinlik qazana bilər. Qadın Allahdan qorxanda sarsılmaz sevgiylə bağlanan, dərin düşünən, dərin görən müəzzəm varlıq olar.

(A9 TV; 15 aprel 2018)

Cənnətə zəngin getmək istəyərik. Bu zənginlik dünyada hər an Allah rizası üçün savab qazanmaqla əldə edilər. Uzun ömür buna görə istənilər. Savabı zaman içində qazandığımız üçün, zamanın uzun olması çox savab almamıza, cənnətə çox zəngin getməyimizə vəsilə olar.

(A9 TV; 15 aprel 2018)

Səmimiyyəti Allahdan istəmək lazımdır. Səmimiyyət asandır və rahatladıcıdır. İnsan dərhal üzərindəki təzyiqin qalxdığını hiss edər. Səmimi olduqdan sonra eqoizm bitər. Allahın böyüklüyünü kamil mənada anlayan səmimi insan dünyadakı ən böyük mənəvi güc halına gələr.

(A9 TV; 15 aprel 2018)

Hər şeyi yaradan Allahdır. Hər hadisəni ən gözəl Sənətçi, ən gözəl Ağıl yaratdığı üçün hamısı gözəldir, xeyirdir. İnsan xeyir gözüylə baxanda hər şeyin xeyirli yönünü görər. Allahın insanda yaratdığı ayrı qabiliyyətdir, xeyir gözü. Şər gözü vardır bir də. Şər gözüylə baxsan hər şeyi qaranlıq görərsən. Xeyir gözüylə baxmaq qabiliyyətini istifadə edərsən, hər şey xeyirdir. Allahın sonsuz gücünün hər yerdə olduğunu bilərək, xeyir gözüylə baxmaq lazımdır.

(A9 TV; 15 aprel 2018)

Uşağın əsas ehtiyacı sevgi, şəfqət, Allah sevgisi, mərhəmətdir. Məktəblərdə uşaqlara çayların adları, keçmişdə yaşamış insanların doğum tarixini, ölüm tarixini əzbərlədirlər amma şəfqətin, keyfiyyətli olmanın, nəzakətin, ədəb qaydalarını, mədəniyyətin, sevginin əhəmiyyətini demək olar ki, heç öyrətmirlər. Uşaqlara o dərsləri niyə keçdiklərini izah etmək lazımdır. Bilikli olmalarının onlara nə qazandıracağını, nə qədər seviləcək hala gələcəklərini izah etsələr uşaqlar məktəbə qaçaraq gedərlər.

(A9 TV; 15 aprel 2018)

Türkiyə, müasir sağ anlayışla çox rahat edəcək ölkədir. Müasir sağ Yaxın Şərq üçün də ideal modeldir. İfrat sağa da, ifrat sola da, dövlət sadiq olduğu və şiddətə əl atmadığı müddət, qapını açıb fikirlərini sərbəst şəkildə ifadə edə biləcəkləri mühit çox sakitləşdirən olar. Dekolte geyinən qadınların da, hicablı qadınların da azad olduqları, separatçılıq və silahlı hərəkət xaricində hər fikrin rahatca danışıldığı Türkiyə, Yaxın Şərq üçün çox gözəl model olar.

(A9 TV; 15 aprel 2018)

Dindar olmaq Allahı çox yaxşı görmək, çox yaxşı anlamaqdır. Allahın böyüklüyünü çox yaxşı qavrasan, ən dindar sən olarsan. Dindar olmaq özünə əziyyət etmək deyil. Dindar olduğunda, Allah o insana həyatı gözəlləşdirər və asanlaşdırar.

(A9 TV; 14 aprel 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)