Türkiyənin Avropa tərəfinin ağır basması lazımdır. Milli Məclisdə, nazirliklərdə və həyatın hər yerində qadınların olması lazımdır. Qadının azad və hüzurlu yaşaması mədəniyyətin göstəricisidir.
(A9 TV; 11 aprel 2018)
İnsan ruhu süniliyi, səmimiyyətsizliyi dərhal anlayacaq şəkildə yaradılmışdır. Süniliyi gördüyü anda dərhal ondan ruhu sıxılar, o insandan uzaqlaşmaq istəyər.
(A9 TV; 11 aprel 2018)
Nur surəsinin 55-ci ayəsi İslam əxlaqının hakimiyyətini və Mehdiyyəti birbaşa izah edən ayədir. Allah ayədə, daha əvvəl Hz. Süleymana, Zülqərneynə necə dünya hakimiyyəti verdisə, bənzər şəkildə İslam əxlaqını da dünyaya hakim edəcəyini bildirmişdir. İslam bütün dünyaya hakim olduğunda müsəlmanların mənəvi lideri olan adam da Mehdidir. Bu səbəbdən Nur surəsi 55-ci ayəsi Mehdiyyəti izah edən ayədir.
(A9 TV; 11 aprel 2018)
Deizmin yayılmasının əsl səbəbi Darvinizmdir. Əsas məsələ deizm deyil, Darvinizmdir. Darvinizm, Allahsız, dinsiz ideologiyaların təməlində yer alır. Darvinizmin elmi cavabı verilmədiyi müddətcə, məktəblərdə Darvinizm sanki elmi məlumat imiş kimi uşaqlara öyrədildiyi müddətcə deizmə qarşı tədbir alına bilməz. Darvinist təhsil, Konya kimi şəhərdə belə gənclər arasında deizmin yayılmasına səbəb olur. Daha çox yubanmadan, tez zamanda Darvinist təhsilin dayandırılması, hər yerdə gənclərə yaradılışın elmi dəlili olan fosillərin göstərilməsi, tək bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun izah edilməsi lazımdır.
(A9 TV; 11 aprel 2018)
Heyvanların sədaqətləri, balalarına göstərdikləri fədakarlıq, balaları üçün canlarını ortaya qoymaları və daha bir çox xüsusiyyətləri insanların nümunə alması lazım olan gözəl cəhətləridir.
(A9 TV; 10 aprel 2018)
Deizmin təməlindəki düşüncə Darvinizmdir. Məktəblərdə “Allah yoxdur” deyən Darvinizm, elm kimi tədris olduğu müddətdə deizmlə mübarizə etmək mümkün olmaz. Deizmin təhlükə olaraq gördüyünü söyləyən mütləq Darvinizmə qarşı elmi mübarizə aparması lazımdır.
(A9 TV; 10 aprel 2018)
Kölgə Allahın sənətidir. Allah “əvvəl kölgəni yaratdım, sonra işığı yaratdım” deyir. Bu, çox böyük möcüzədir. Kölgə şüurlu varlıqdır. Bütün kainatda həmişə hərəkət halındadır. Çöldə Günəş var deyirik amma çöldəki Günəş qapqara qaranlıqdır. İşıq beynimizdə şərh olaraq meydana gəlir. O zaman kölgə işıqdan ayrı olaraq xüsusi yaradılır.
(A9 TV; 10 aprel 2018)
Münafiqlər özlərinin sahibsiz, Allahdan müstəqil olduqlarını zənn edərlər. Talelərini yaşadıqlarını bilməzlər. Quduz itlərin küçədə savaşdıqları kimi rahatca savaşdıqları, sahibsiz hücum etdiklərini düşünürlər. Halbuki bütün etdikləri Allahın əmri ilə olur. Münafiqlərin bu hücumları möminlərin bərəkətini, gücünü artırmaq üçün Allah tərəfindən xüsusi yaradılmışdır. Hər sözü Allahın nəzarəti altındadır.
(A9 TV; 10 aprel 2018)
İnsanlara ən böyük yardım çox imanlı olub onlara nümunə olmaqdır. Bir cəmiyyətə ən böyük nemət orada çox imanlı insanın olmasıdır. O insanlara ovuc-ovuc qızıl paylasan belə bir qiyməti olmaz. Səmimi, Allahı candan sevən, Allahdan çox qorxan insanın olduğu cəmiyyətdə bərəkət və gözəllik olar.
(A9 TV; 10 aprel 2018)
Allah, heyvanları yaratmaqla insanlara çox böyük nemət təqdim etmişdir. Cənnətin ən böyük nemətlərindən biridir. Amma heyrət ediləcək şəkildə çox insan onların fərqində belə deyil. Heyvan sevgisinin üstü qəribə şəkildə örtülmüşdür. Pişiklər, itlər, quşlar, böcəklər hamısı ayrı gözəl. Hamısını tək-tək ayrı-ayrı sevmək lazımdır.
(A9 TV; 10 aprel 2018)





