Allah Özünə həqiqətən inanan və bağlanan kəslərə zövq alacağı və sevgi duyacağı, xoşbəxt olacağı şeyləri tək-tək təqdim edir. Bunun xaricində, nə edərsə etsin, hara gedərsə getsin, kimlə olursa olsun insan xoşbəxt ola bilməz. Allahdan uzaq insana musiqi də, əyləncə də zövq vermir. Zövq aldıran, sevdirən, xoşbəxt edən Allahdır. Mən zövq alıram, əylənirəm deyəndə özünü yerlərə atsa da edə bilməz. Allahın o zövqü verməsi lazımdır.
(A9 TV; 17 aprel 2018)
İnsanın həyatdan zövq almaq üçün sonsuz yaşayacağını anlaması lazımdır. Sonsuz yaşayacağına inanmayan insanın zövq alması mümkün olmaz. O insan özünü edam olunacaq məhkum kimi görür. Hökm verilmiş, hər an yox ola biləcək insan olaraq özünü görən xoşbəxt ola bilməz. Sonsuz Gücü sevən, sonsuz Gücə hörmət edən, sonsuz Güclə ağıllı dərinliklə əlaqə quran xoşbəxtliyin sirrini əldə edər. Bu insana hər cür zövqün və xoşbəxtliyin qapısı açılar.
(A9 TV; 17 aprel 2018)
Münafiq möminlərə ən faydalı olan varlıqdır. Allah münafiqin taleyini müsəlmanlara fayda verəcək şəkildə yaratmışdır. Möminlərin gücü artar, bacarığı artar, sayı artar. Münafiq əldən düşmüş, bərəkətsizlik içində əzablı həyat yaşayarkən mömin gümrahlıq və sevinc qazanar.
(A9 TV; 17 aprel 2018)
İslam Birliyi, “birləşib digər ölkələri təhkim edəcəyik” deyil, birləşib dünyaya sülh, sevgi, dostluq gətirmək üçündür
(A9 TV; 17 aprel 2018)
Allah kainatda hər şeyi gözəl yaradır. Dünyanın da, cənnətin də tək məqsədi sevgidir. Gözəlliyin məqsədi sevgidir. Avtomobillər, yollar, mebellər, çiçəklər, heyvanlar hamısının məqsədi sevgidir. Sevgi isə yalnız imanla olsa yaşanılar.
(A9 TV; 17 aprel 2018)
Varlıq varsa eşq üçün vardır. Eşq olmadan varlığın mənası yoxdur. Hər şey Allah eşqiylə, dəlicə sevgiylə, ehtirasla mənalıdır. Eşq, dərin ağılla iç-içədir. Allahı sevən, Allahın böyüklüyünü dərk edən, dərin ehtirası yaşayar. Dərk edə bilməyənlər isə sevgisizliyin ağrısını çəkirlər.
(A9 TV; 16 aprel 2018)
Səmimi olanda vücudda rahatlama olar. Sükunət halı olar. Bütün əzələlər boşalar. Allah səmimi olanların xilas olacağına buna görə xüsusi diqqət çəkmişdir. O səmimiyyət içində Allahın böyüklüyünün bilinməsi əhəmiyyətlidir. Bu səmimiyyəti qazandığında çətinlik olmaz sanırlar. Çətinlik son ana qədər olar, çətinlik imtahanın gərəyidir. Bütün peyğəmbərlər çətinlik çəkmişdir.
(A9 TV; 16 aprel 2018)
Yuxuda da insan çox gözəl təhsil alır. Adətən qarşılaşmayacağı bir çox vəziyyəti yuxuda görür və bu vəsiləylə ruhu tam inkişaf edir.
(A9 TV; 16 aprel 2018)
Yüksək keyfiyyəti məqsəd edən anlayış olması lazımdır. Avropadan yüksək mədəniyyət, incəsənət və keyfiyyət anlayışı olması əhəmiyyətlidir. Niyə hər kəs uşağını müsəlman ölkələrə deyil də, Avropaya oxumağa göndərir? Çünki Avropadakı keyfiyyət, incəsənət və mədəniyyət anlayışına hər kəs heyrandır. Türkiyə üçün də hədəf bu olmalıdır.
(A9 TV; 16 aprel 2018)
Əhval pozulmasına heç vaxt məğlub olmamaq lazımdır. Əhvalı düzəltmək çox asandır. Əlini-üzünü yuyar, “nə edirəm mən?” deyərsən, dərhal açılarsan. Hər şeyi Allahın yaratdığını bilib, əhvalını pozmağa ehtiyac olmadığını həmən görmək lazımdır.
(A9 TV; 16 aprel 2018)





