Dindar musəvilərin inandığı və Tövratda bildirilən sionizm, Allahı sevənlərin, Allah dostlarının dünyaya hakim olmasıdır. Dinsiz sionizm anlayışı isə tək bir irqin hakimiyyətini nəzərdə tutur və irq əsaslı bu yanlış anlayış bir çox haqsızlığa səbəb olur.
(A9 TV; 19 avqust 2017)
Münafiqlər özlərini həmişə məşğul və əhəmiyyətli işlər görürmüş kimi göstərirlər, halbuki həyatları bomboşdur. Mikrob gəlib mikrob gedən boş kötükdürlər.
(A9 TV; 19 avqust 2017)
Münafiq yedəyini şeytana vermiş donuz kimi suda oradan oraya sürüklənən axmaqdır. Axmaqlığına baxmayaraq, özünü çox matah zənn edər.
(A9 TV; 19 avqust 2017)
Münafiq küfr əhlini müsəlmanların üstünə hücum etdirmək üçün çalışan, eyni zamanda da müsəlmanların imkanlarından faydanlanmaq istəyən qeyri-sabit tipdir.
(A9 TV; 19 avqust 2017)
Peyğəmbərimiz (s.ə.v) Axırzamanda zəlzələlərin çoxalacağını deyir, həqiqətən də hicri 1400-cü ildən (1979) etibarən zəlzələlərdə böyük artım var.
(A9 TV; 19 avqust 2017)
İnsan ağlı ilə hər şeyi, özünü də, ətrafını da gözəlləşdirə bilər. Bunun üçün əvvəlcə Allahı çox sevməsi və Allaha çox güvənməsi lazımdır.
(A9 TV; 18 avqust 2017)
Dünyanın gözəlləşməsi, qadınların azad olması üçün var gücümüzlə səy göstərəcəyik. Şeytanın dünyanı bədbəxt etmək üçün oynadığı oyunu puç edəcəyik.
(A9 TV; 18 avqust 2017)
Bir insan eqoist deyildirsə, çox gözəl dost və yoldaş olar. İnsanın həmişə sevdikləri üçün yaşaması lazımdır. Eqoistlik çox alçaldıcıdır. Eqoistliyin qarşısına təkcə Quran əxlaqı ilə keçilə bilər. İnsanların nəfsində eqoistliyə meyl var, bu meyli Quran əxlaqı aradan qaldırar. Bir insanın öz nəfsini düşünərək yaşaması əslində böyük günah və əxlaqsızlıqdır. Sevdiyi üçün yaşamayan insan ruh keyfiyyəti əldə edə bilməz.
(A9 TV; 18 avqust 2017)
Ön mühakimə, cahillərin, kompleksli insanların xəstəliyidir. Həqir insanların güclü insanlara qarşı istifadə etdiyi çarəsizlik silahıdır.
(A9 TV; 18 avqust 2017)
Rahat yaşamağın yolu, bizi hər an Yaradan Qüvvə olan Allahla iç-içə olmağımız, Ona tam təslim olmağımızdır. Allahdan uzaq yaşasan, Allah dünyanı bəlaya döndərər. Allaha dost olsan Allah ən gözəl həyatı yaşadar.
(A9 TV; 18 avqust 2017)





