Allah hər şeyi sevgi üçün yaradar. Allah sevməyi və sevilməyi sevər. İmtahanın bütün məqsədi də sevgidir.
(A9 TV; 20 avqust 2017)
Küfr əhli münafiqi çox alçaq hesab edər. Alçaq və xain olduğunu bilər, lakin mənfəəti üçün bir müddət istifadə etmək istəyər, sonra tək-tənha buraxar.
(A9 TV; 20 avqust 2017)
Münafiq küfr əhlinin yanına getdiyi zaman əxlaqsızlığının mütləq qarşılığını alar, çox alçaq və murdar məxluq olduğu üçün qotur it kimi təcrid olunar.
(A9 TV; 20 avqust 2017)
Hər ölkədə zalım da var, gözəl insan da var. Allah hər ölkənin zalımını zərərsizləşdirsin, yaxşı olanını güclü etsin, qalib etsin. İsrailin də, Azərbaycanın da, Rusiyanın da yaxşısı da var, pisi də var. Allah zalımları məğlub, yaxşıları qalib etsin.
(A9 TV; 20 avqust 2017)
Allah hər şeyi ledün elmi ilə, hikmətlə və xeyirlə yaradır. Əzabların, problemlərin olmasının da bir çox xeyri və hikməti var.
(A9 TV; 20 avqust 2017)
Allahın mövcudluğunun açıq-aydın dəlillərini gördükləri halda, insanları kortəbii təsadüflərin məhsulu olduqlarına inandırmağa çalışmaq çox böyük günahdır.
(A9 TV; 20 avqust 2017)
Gənclərin demək olar ki, hamısının gözəllik, incəsənət, keyfiyyət, sevgi və sülh həsrəti içində olması mehdiyyətin yavaş-yavaş yayıldığının sübutudur.
(A9 TV; 19 avqust 2017)
İlk yardım dərsləri mühüm məsələdir. Məktəblərdə və iş yerlərində mütləq hər kəsə məcburi ilk yardım dərsi verilməlidir.
(A9 TV; 19 avqust 2017)
Ənənəçi ortodoks sistemdə qadınlar əleyhinə yüzlərlə ifadə var. Darvinist sistem də qadını heyvanla insan arasında olan yarımçıq məxluq kimi görür, bunlar birləşəndə qadına olan baxış prizması çox anormal olur və heyrətamiz dərəcədə qadın nifrəti formalaşır.
(A9 TV; 19 avqust 2017)
Mənim üçün sevgi qarşımdakı insanı hər şeyi ilə qorumaq, şərəfinə zərər gəlməməyi üçün çox böyük qayğı göstərmək, onun həmişə xoşbəxtliyini istəməkdir.
(A9 TV; 19 avqust 2017)





