Mövcud olan bir şey bir daha əsla yox olmaz. Yuxu da daxil olmaqla, mövcud olan hər şey sonsuza qədər vardır.
(A9 TV; 18 avqust 2017)
Nə gözəl Allah var. Nə gözəl Sonsuz Ağıl. Nə gözəl bizdən səmimiyyət istəyir, ən asan nicat yolunu göstərir. İnsanlar imanı yaxşı dərk etsələr sevincdən dəliyə dönərlər. İnsanların çoxu necə bir nemət içində olduqlarından xəbərsizdirlər.
(A9 TV; 18 avqust 2017)
Qadınlar darvinizmə görə də, ənənəçi ortodoks sistemə görə də yarımçıq insan kimi görünür. Bu fəlakəti Quran əxlaqı ilə düzəldəcəyik.
(A9 TV; 18 avqust 2017)
İnsanların sevdiyi insan sayı çox az olduğu üçün mənim coşğulu, səmimi, imandan irəli gələn sevgimi anlamaqda çətinlik çəkirlər. Mən səmimi olan hər kəsi çox sevərəm. İnanan, səmimi olan hər müsəlmanı sevmək fərzdir, əksi müsəlman üçün doğru olmaz.
(A9 TV; 18 avqust 2017)
1400 il ərzində tale həmişə Peyğəmbərimiz (s.ə.v)-in dediyi kimi inkişaf etdi, bundan sonra da belə inkişaf edəcək. Bu əzabların sonunda gözəl günlər var.
(A9 TV; 18 avqust 2017)
Türkiyənin gələcəyində tək bir tale var. İslam Birliyi olacaq, hz. Mehdi çıxacaq, Dəccal elmi yolla darmadağın ediləcək, sevgi, qardaşlıq hakim olacaq.
(A9 TV; 18 avqust 2017)
Allah sevdiyi bəndəsinə, sevgisini çox yaxşı görməsi üçün çətinliklər verər. Çünki sevginin dərəcəsi çətinliklər, problemlər, xəstəliklərlə artıb dərinləşər.
(A9 TV; 18 avqust 2017)
Həyatımı izah edən söz Allah sevgisidir. Ən çox Allah sevgisinə dəyər verərəm.
(A9 TV; 18 avqust 2017)
Rumi, darvinist və İngiltərə dərin dövlətinin dəstəklədiyi şəxslərin fəaliyyətlərini diqqətlə izləmək lazımdır.
(A9 TV; 18 avqust 2017)
Yazıçılarımız başda olmaqla bir çox insan İngiltərə dərin dövlətinə cəbhə aldılar və həmişə gündəmə gətirirlər. Türkiyədə İngiltərə dərin dövləti gündəmə gəldikcə İngiltərə dərin dövlətinin nümayəndələri də Türkiyəni öz aləmində sakitləşdirmək üçün çırpınırlar.
(A9 TV; 18 avqust 2017)





