Qəzəb idarəni itirməkdir. Öz ağlına nəzarət edə bilməmək ciddi zəiflikdir. Müsəlman mütləq ağıllı hərəkət edər.
(A9 TV; 20 avqust 2017)
Mehdi sevgi müəllimidir. Mehdinin ən mühüm xüsusiyyətlərindən biri axan qanı dayandırmasıdır, yəni müharibələri tamamilə bitirməsidir.
(A9 TV; 20 avqust 2017)
Azərbaycan bizim canımız, qəlbimiz, parçamızdır. Çox dəyər verdiyimiz tərtəmiz mübarək insanların yaşadığı qardaş ölkəmizdir. Azərbaycanda da hər ölkədə olduğu kimi pislik istəyən zalımlar var. Bunlar Azərbaycana zərər vermək istəyir. Allah onları məğlub etsin. Azərbaycanın yeri mənim üçün ayrıdır. Azərbaycanın hüzur və sülh içində yaşamasını istəyirik. Azərbaycanlı qardaşlarımızı qətlə yetirən ermənilərdən bu zalımlığın mütləq hüquqi haqq-hesabı soruşulmalıdır. Lakin bütün ermənilərə nifrət etmək düzgün olmaz. Zalımlara qarşı olacağıq, məzlumların isə hamısını qoruyacağıq. Cinayət törətməmiş dinc günahsız insanlara nifrət etmək müsəlmana yaraşmaz. Yaxşılar ittifaq edəcək, dost olacaq. Azərbaycan və Türkiyə iki dövlət bir millət olaraq inşaAllah tarixdə gözəl şan qoyacaqlar.
(A9 TV; 20 avqust 2017)
Sevgi insana gənclik, gümrahlıq, fərəh və sevinc verər. Münafiq sevgisiz olduğu üçün çox iyrənc və xoşagəlməz şəkildə çökər. Mömin isə həmişə gümrahdır.
(A9 TV; 20 avqust 2017)
Ənənəçi ortodoks İslam anlayışı getdiyi hər yerə fəlakət aparar. Yeganə qurtuluş Quran müsəlmanlığıdır.
(A9 TV; 20 avqust 2017)
A9 kanalının yeganə məqsədi Allahı sevmək, Allahın yaratdıqlarını sevmək, insanları, heyvanları, bitkiləri sevmək, sevgi, sevgi, sevgidir.
(A9 TV; 20 avqust 2017)
Allahın hər yerdə olduğunu bilən, Allahın hər yerimizi əhatə etdiyini bilən; “ey Rəbb məni qoru” deyən insan heç nədən qorxmaz inşaAllah.
(A9 TV; 20 avqust 2017)
Bütün dünyaya hakim olan kasıblıq və iqtisadi böhran siyasəti var. Bunun aradan qalxması və zənginlik mehdiyyət dövründə olacaq.
(A9 TV; 20 avqust 2017)
Türkiyə, Rusiya və İran hərbi ittifaq etsə, regionda hüzur və təhlükəsizlik baxımından çox gözəl addım atılmış olar.
(A9 TV; 20 avqust 2017)
Ənənəçi ortodoks sistemdə elm inkişaf etməz, çünki bu sistem düşünməmək və xurafatlar üzərində qurulub. Quran isə düşünməyi əmr edər.
(A9 TV; 20 avqust 2017)





