Dəccaliyyət hava, su kimi ehtiyac olan sevgini insanların əlindən aldı. Bu neməti zorla dəccaliyyətdən geri alacağıq, sevgi hakim olacaq.
(A9 TV; 26 avqust 2017)
İqtisadi rifah, ictimai ədalət, İslam aləminin birləşməsi və dünya sülhünün təmin edilməsi mehdiyyətdən başqa yolla texniki cəhətdən mümkün deyil.
(A9 TV; 26 avqust 2017)
Kompüter oyunları uşaqların zəkasının inkişafı baxımından faydalıdır, lakin mütləq uşaqların hərəkətli olmasını təmin etmək lazımdır.
(A9 TV; 26 avqust 2017)
Kənd gözəlliyi çox mühümdür. Dövlətin “kəndlilik” siyasətinin olması lazımdır. Turizm kəndi deyil, həqiqi kənd həyatını hər kəsin yaşaması lazımdır.
(A9 TV; 26 avqust 2017)
Duyğusallıq ağıllı olmağı tamamilə aradan qaldırar. Cinayətlərin və intiharların səbəbinin demək olar ki, əksəriyyəti duyğusallıqdan olar. Duyğusallıq şeytanın oyunudur. Qurana çox möhkəm sarılıb tam doğru yolla getmək lazımdır. Qurandan uzaqlaşanda insan sovrulub gedər.
(A9 TV; 26 avqust 2017)
Atatürk keyfiyyəti, alicənablığı, Quran müsəlmanlığını müdafiə etməsi ilə müasir, parlaq İslamın necə yaşanacağını dünyaya göstərdi.
(A9 TV; 26 avqust 2017)
İnsanlar Qərbin keyfiyyətinə, insana dəyər verilməsinə, incəsənətinə, təmizliyinə qibtə edir. İslam ölkələrində olması lazım olan bu gözəlliklərin hamısı Qərbdə var. Şeytan, Qurandan uzaqlaşdıraraq Yaxın Şərq xalqlarını qaranlığın içində boğdu. Bu qaranlığı biz aradan qaldırırıq.
(A9 TV; 26 avqust 2017)
Sinaqoq da, kilsə də Allahın evidir. Müsəlman Allahın məscidlərini qorumaqla məsuldur.
(A9 TV; 26 avqust 2017)
İmam Mehdi və Seyyidina İsa Məsih zahir olmadan dünyada həsrətini çəkdiyimiz hüzur, güvən, rahatlıq tam olmayacaq.
(A9 TV; 26 avqust 2017)
Həqiqi xoşbəxtlik başqalarını xoşbəxt etməkdir. İnsanın özü üçün yaşaması çox alçaldıcıdır. İnsan Allah üçün və sevdikləri üçün yaşayar.
(A9 TV; 26 avqust 2017)





