İnsanların bir qismi iman etdiklərini deyirlər, lakin Allahdan qorxmurlar. Allah qorxusu hakim olsa, heç vaxt zorakılıq və müharibə olmaz.
(A9 TV; 28 avqust 2017)
Sevginin sözlə dilə gətirilməsi gözəl ibadətdir.
(A9 TV; 28 avqust 2017)
Xoşbəxtliyin formulu Allahı çox sevmək, Allahdan çox qorxmaq, Allaha dərin imanla bağlanmaq, Allaha özünü təslim etməkdir.
(A9 TV; 28 avqust 2017)
Müsəlmanlar birləşməli dedikdə təəccüblənirlər, əsas təəccüb edilməli olan müsəlmanlar arasında sərhədlər, məftillər, maneələr olmasıdır.
(A9 TV; 28 avqust 2017)
Münafiq şeytani məntiqlə müsəlmanın tək bir cümləsini götürüb bundan müsəlman əleyhinə istifadə edər. Hər dəfə yeni böhtanla ortaya çıxar. Peyğəmbərimiz (s.ə.v) dövründə də, Peyğəmbərimiz (s.ə.v)-ə söz deyə bilməyən münafiqlər müsəlmanlara hücum edərək, iftira ataraq zərər verməyə çalışırdılar.
(A9 TV; 28 avqust 2017)
Münafiq mənfəətini itirəcəyini və ya kifayət qədər mənfəət əldə edə bilməyəcəyini düşünəndə müsəlmanların yanından ayrılar. Münafiqin davranışı əsasən mənfəət dərəcəsinə görədir. Hamısının müəyyən mənfəət dərəcəsi vardır.
(A9 TV; 28 avqust 2017)
Şeytan mənfi zəka yüküdür, hər insana o insanın zəifliyinə görə tətbiq edər. Beyinə gizlicə xitab etmə gücü var, şeytan bilgini verər, lakin mömin buna müqavimət göstərər, əməl etməz. Lakin iradəsi zəif biridirsə, şeytanın verdiyi bilgiyə təslim olar.
(A9 TV; 28 avqust 2017)
Sevginin yaranması üçün Allah çox həssas tarazlıq və ağıl ölçüsü, xüsusi ruh yaradıb. İnsan əti, sümüyü sevə bilməz. İnsanın sevgini yaşaması üçün xüsusi ruhi təhsil alması lazımdır. Bunun üçün də mütləq əzablar, qorxular, xəstəliklər, nəfsin istəmədiyi şeylərlə qarşılaşması lazımdır. Bu zaman insan özünü inkişaf etdirə bilir. Qarşılaşdığı hər çətinlik insanın həqiqi sevgi öyrənməsini təmin edir. Əzabı və əziyyəti görən sevməyi anlayır. Hz. Musanı, hz. Yusifi, Peyğəmbərimiz (s.ə.v)-i niyə bu qədər sevirik, əxlaqları möhtəşəm olduğu üçün.
(A9 TV; 28 avqust 2017)
Cənnətin ən gözəl zövqlərindən biri, dünyada göstərdiyimiz gözəl əxlaqı yada salmaq olacaq. Gözəl əxlaq nümunələrinin hər biri şərəf duyulacaq gözəl xatirələrdir.
(A9 TV; 28 avqust 2017)
Dürüst, səmimi olan və vicdanına görə yaşayan insanın qorxacağı heç nə olmaz. Təkcə Allahdan qorxar.
(A9 TV; 28 avqust 2017)





