Təbiətdə vəhşi həyat olduğunu göstərmək üçün həmişə heyvanların bir-birini boğazlamasını göstərirlər. Halbuki heyvanlarda şəfqət, balalarını sahiblənmə, ağıllı taktikalar kimi bir-birindən gözəl xüsusiyyətlər var. Sənədli filmlərdə mütləq bunların göstərilməsi lazımdır.
(A9 TV; 25 avqust 2017)
Hər kəsin başına polis qoymaq, insanlara nəzarət etmək mümkün deyil, lakin insanların vicdanını açmaq mümkündür. Bu da Quran əxlaqının yayılması ilə olar.
(A9 TV; 25 avqust 2017)
Rus diplomatlarının öldürülməsi İngiltərə dərin dövlətinin fəaliyyətidir. Diplomat cinayətlərini adi hadisə olaraq görməmək lazımdır.
(A9 TV; 25 avqust 2017)
Edam terrora həll yolu deyil. Terrorun ideologiyası, yəni həqiqi beyni aradan qaldırılmadan həmişə yeni liderlər və militanlar ortaya çıxar.
(A9 TV; 25 avqust 2017)
Zəngin olana avtomatik olaraq hörmət və sayğı, kasıb olana isə avtomatik olaraq dəyərsiz rəftar göstərilməsi çox böyük vicdansızlıqdır.
(A9 TV; 25 avqust 2017)
Ölüm kədərlənəcək hadisə deyildir. Yas tutulması Qurana görə olmaz. Ölüm Allaha qovuşmaqdır, mömin üçün sevincdir.
(A9 TV; 25 avqust 2017)
Millətimiz çox dindardır. Bizim millətimizin yüksək vicdanı var. Din də yüksək vicdan, səmimiyyət və sevgidir.
(A9 TV; 25 avqust 2017)
İmtahanın sirri insanın özünü tanımasıdır. Dünyada cəsur olub-olmadığımızı, gözəl əxlaqlı olub-olmadığımızı görürük.
(A9 TV; 25 avqust 2017)
Sevgini təqdir edən, sevgini anlayan yoxdursa sevgi qalmaz. İnsanın dünyadakı mövcudluğunun məqsədi sevgidir, Allah sevgisidir.
(A9 TV; 25 avqust 2017)
İran, Səudiyyə Ərəbistan, Pakistan, Türkiyə birləşsə İslam aləminin qarşısındakı bütün fitnələr zərərsizləşər. Şiə, vəhhabi, sünni, dərhal birləşək. İtirəcək vaxt yoxdur. Bir qrup kin dolu axmaq ucbatından milyonlarla müsəlman şəhid edilir. İngiltərə dərin dövlətinin oyununu puç edək. Şiələr, vəhhabilər, sünnilər birləşək. Qardaş olaraq bir-birimizi qucaqlayaq.
(A9 TV; 25 avqust 2017)





