Şimali İraqda bir dövlət yaradıla bilməsi üçün İraqın, BMT-nin və beynəlxalq qurumların razılığı olmalıdır. Ən kiçik vəziyyətdə sarsılacaq, dağılacaq bir dövlət elan etməyin doğru üsul olmadığı aydındır. Həm bölgəni, həm də Şimali İraq xalqını qarşıdurmanın içinə sürükləyəcək addımlar atmaq məntiqsizdir. İraqın razılığı olmadan, BMT və digər qurumların dəstəyi olmadan bu yola girilməməlidir.
(A9 TV; 8 sentyabr 2017)
Arakan müsəlmanlarının qorunması məsələsində Putin Myanma hökumətinə qarşı qəti mövqeyini göstərsə bunun çox müsbət təsiri olar.
(A9 TV; 8 sentyabr 2017)
Qorxu, ümidsizlik, narahatlıq, kədər Allaha təvəkkül etmədikdə olar. Səmimi imanda sevinc və xoşbəxtlik hakimdir.
(A9 TV; 8 sentyabr 2017)
İman sevinci möminin xüsusiyyətidir. Mömin kədərlənməz, qəmgin olmaz.
(A9 TV; 8 sentyabr 2017)
Heç bir problem müharibə ilə, münaqişə ilə həll edilməz. Hər insana sahib çıxmaqla, hamını dost bilməklə, sülh ilə, sevgi ilə, etidalla həll edilər.
(A9 TV; 8 sentyabr 2017)
İslam aləmi birləşsə, nə Arakanlı canlarımızın, nə də dünyanın hər hansı yerində tək bir müsəlmanın canı yanmaz.
(A9 TV; 8 sentyabr 2017)
Zəlzələlərin çoxalması və intensivliyi hz. Mehdinin zühur əlamətidir. 1980-ci illərdən etibarən zəlzələlərin həm böyüklüyündə, həm də intensivliyində artım var.
(A9 TV; 8 sentyabr 2017)
Allah hər şeyi sonsuz qısa zamanda ən gözəl surətdə yaradıb bitirdiyinə görə Allahın uca ağlına güvənmək lazımdır. Təşvişə qapılmaq ağıl çatışmazlığını göstərər. Ağıllı olan təvəkkül etməkdir.
(A9 TV; 8 sentyabr 2017)
Bir məsələdə tənqid etdiyim zaman, yanlışı dediyim vaxt mütləq doğrunun nə olduğunu izah edər, yaxşılığa dəvət edərəm. Tənqidim sevgiylədir.
(A9 TV; 8 sentyabr 2017)
Müsəlmanların rifaha qovuşması üçün İslam aləminin birləşməsi və mehdiyyətdən başqa heç bir yol yoxdur.
(A9 TV; 8 sentyabr 2017)





