Əzablar, əziyyətlər, xəstəliklər olanda gözəl əxlaqın, sevginin, dəliqanlılığın ən gözəli yaranır.
(A9 TV; 7 sentyabr 2017)
Dünyadakı imtahan və təhsil olmasa, o əziyyətlər çəkilməsə, hər hadisədə Allahdan yana rəftar göstərilmədikcə cənnətin mənası anlaşılmaz.
(A9 TV; 7 sentyabr 2017)
Axirətdə küfr əhlindən hər nemətin haqq-hesabı tək-tək soruşulacaq. Küfr əhlinin axirətdə sorğu-sual edilməsi çox uzun və çətin olacaq.
(A9 TV; 7 sentyabr 2017)
30 avqust Zəfər bayramında və milli günlərdə dini mərasim olması Atatürkün başlatdığı bir ənənədir. Məclisimiz Quran oxunaraq açılmışdır.
(A9 TV; 7 sentyabr 2017)
Xuliqanlığın səbəbi sevginin, dostluğun təməli olan Quran ruhunun, Quran möcüzələrinin, iman həqiqətlərinin izah edilməməsidir.
(A9 TV; 7 sentyabr 2017)
Sevgini hər insan bilər və baxışları ilə, davranışı ilə sevgisini ifadə edə bilər, cənnətdə də ağıl, sevgi, hörmət eynidir və bilinər.
(A9 TV; 7 sentyabr 2017)
Quran möcüzələrinin izah edilməməsi, iman həqiqətlərinin izah edilməməsi fəlakətə səbəb ola bilər.
(A9 TV; 7 sentyabr 2017)
Şeyx Əhməd Yasin həzrətləri dəyərli şeyxlərdən savadlı, etibarlı, nəzakətli, hörmətcil, cəsur Allahdan başqa heç kəsdən qorxmayan dəliqanlıdır.
(A9 TV; 7 sentyabr 2017)
Atatürk mövhumatçılığa qarşı idi, lakin heç vaxt xalqın əzilməsinə icazə vermədi. Mövhumatçılığa qarşı olmaq adı altında insanları əzmək, təhqir etmək Atatürkün rəftarı deyil. Bu yanlış münasibət dinə qarşı olan sevgisizlərin üslubudur. Atatürk Quranı tərcümə etdirdi, İmam Hatipləri açdı və xalqı maarifləndirərək, onlara şəfqətlə yanaşaraq müasir İslam anlayışının təməldə inkişafını təmin etdi.
(A9 TV; 7 sentyabr 2017)
Atatürk parlaq Quran müsəlmanlığını müdafiə edən insan idi.
(A9 TV; 7 sentyabr 2017)





