Bir insan vicdanlı olma qərarı alıbdırsa onsuz da səmimidir. Özünü sıxmasına gərək yoxdur. Səmimi olub Allahın ilhamına tam tabe olacaq. Səmimiyyəti qorumaq da asandır. Qəlbimizə Allahdan gələn vəhyə tam tabe olduğumuz hər an səmimiyyəti qoruyarıq.
(A9 TV; 9 sentyabr 2017)
Din asandır. Sadəcə səmimi olub Allahın qəlbimizə təlqin etdiyinə tabe olacağıq.
(A9 TV; 9 sentyabr 2017)
Quran tam tətbiq edildikdə insan ən sabit, tutarlı və ağıllı həyatı yaşamış olar.
(A9 TV; 9 sentyabr 2017)
Allahın məqsədi sevgidir. Allah bağışlamağı, sevməyi sevər. İnsanın yaşadığı imtahanın məqsədi də sevgini öyrənməkdir.
(A9 TV; 9 sentyabr 2017)
Başbuğ Türkeş tarixi əhəmiyyəti olan türk böyüyüdür. 1980-ci ildən əvvəl kommunizmə qarşı mübarizə onun vasitəsi ilə əldə edildi.
(A9 TV; 9 sentyabr 2017)
İsa Məsih çox təvazökar, çox gözəl əxlaqlı insandır. İkinci gəlişində də, ilkində olduğu kimi bir çox yeri gəzəcəkdir.
(A9 TV; 9 sentyabr 2017)
Bir insan ruhunu səmimi olaraq Allaha təslim etsə, Allahın icazəsi ilə cənnət əhlindən olar.
(A9 TV; 9 sentyabr 2017)
Dünyada xoşumuza gələn, sevdiyimiz hər şey cənnətdə ən gözəl halı ilə olacaq inşaAllah.
(A9 TV; 9 sentyabr 2017)
Azərbaycanlı qardaşlarımız əllərindən çıxan torpaqları mütləq geri alacaqlar, zülm edənlər də hüquqi qarşılığını alacaq. Lakin cinayətə qarışmayan məzlum ermənilərə amansız nifrət bəsləmək Qurana uyğun olmaz. Yaxşı olanların ittifaq etməsiylə bütün haqsızlıqları aradan qaldıracağıq.
(A9 TV; 9 sentyabr 2017)
Çətinlik və mübarizə dövrlərində qazanılan savab ilə İslam əxlaqının hakim olduğu dövrdə qazanılan savab eyni deyil. İnsanların çoxu rahatlığın daha yaxşı olduğunu zənn edər, lakin çətinliklər, əziyyətlər azaldığı üçün qazanılan savab azalmışdır. Buna görə də, İslam hakimiyyəti 7 və ya 9 il davam edəcək, qısa olacaq.
(A9 TV; 9 sentyabr 2017)





