Şövqlə, dərin sevgiylə Allahı sevirsənsə sevgi bütün məsələləri həll edər. Amma sevdiyini putlaşdırsan o sənə fəlakətə çevrilər. Onsuz da onun adı sevgi deyil həvəsdir.
(A9 TV; 25 aprel 2018)
Səmimiyyət, Allahın böyüklüyünü yaxşı bilmək və eqoizmdən uzaq olmaq müvəffəqiyyətin üç həqiqi sirridir.
(A9 TV; 25 aprel 2018)
Suriyada müsəlmanlar öldürülür deyirik, “mənim nişanım var” deyir. İraqda müsəlmanlar öldürülür deyirik, “mənim çek sənədlərim var” deyir. Dənizlərdə insanlar boğulur deyirik, “bəs mənim məktəbim var” deyir. Allah qorxusu olmadıqda bu cür laqeyd və faciəvi vəziyyət meydana gəlir.
(A9 TV; 24 aprel 2018)
Sevgi hər cür neqativ olanı udacaq gücdədir. Mənfi olan hər şey sevginin içində yox olar. Biz sevgiyə görə yaradıldıq. Allah sevgidə limit qoymamışdır. O zaman bu çox zövqlü olan neməti necə daha çox doya-doya yaşaya bilərik onu öyrənəcəyik. Əvvəl səmimi olmaq əhəmiyyətlidir. Səmimi olmaq Allah ilə əlaqəni normal hala gətirmək üçün əsas şərtdir. Sonra mütləq Allahın böyüklüyünü yaxşıca qavramaq lazımdır. Bundan sonra insan sevginin içində yol almağa başlayar.
(A9 TV; 24 aprel 2018)
İçində iman yoxdursa, Allah sevgisi, Allah qorxusu yoxdursa, insan Mayamiyə də getsə ora ona cəhənnəm kimi gələr. Amma imanlıdırsa balaca evdə kiçik bağçası belə ona böyük həzz verər. İnsanın içində cənnət varsa, Allahın böyüklüyünü qavradısa olduğu hər yerdə böyük zövq alar.
(A9 TV; 24 aprel 2018)
Münafiq xüsusi yaradılan məxluqdur. Münafiqlərlə elmi mübarizə namaz kimi ibadətdir. Münafıqlə elmi mübarizə yüzlərlə ayə ilə izah edilmişdir. Bu ayələri yaşamamız üçün münafiqlər xüsusi olaraq yaradılmışdır.
(A9 TV; 24 aprel 2018)
Türkiyə bu qədər şiddətli hücum altında ikən Tayyib hocama vəfasızlıq çox böyük vicdansızlıq olar. Tayyib hocam bu qədər xidmət etmişkən onun verdiyi əmək üzərinə gəlib oturmağı planlaşdırmaq çox çirkin əxlaqdır. Tayyib hocam min bir çətinliyin içərisindən keçərək gəldi. Kimsə yoldaşlığa dostluğa sığmayacaq vəfasızlıq etməməlidir. Türkiyənin hara çəkilsə ora gedəcək şəxslərə deyil, Tayyib hocam kimi əzmli, qərarlı xidmət edəcək insanlara ehtiyacı vardır.
(A9 TV; 24 aprel 2018)
Səmimi insan baxışlarından, sözlərindən dərhal aydın olar. 100% səmimi insan tapmaq çox çətindir. Amma səmimiyyətə yaxın insanlar tapmaq olar. Bir insanın səs tonu, seçdiyi sözlər, baxışları, məntiq forması səmimi olub olmadığını dərhal ortaya qoyar.
(A9 TV; 24 aprel 2018)
Şeytan sevgiyə, gözəlliyə, yaxşılığa düşməndir. Qadınların üzərindəki bu şiddətli təzyiqin də səbəbi şeytanın qadın nifrətidir.
(A9 TV; 24 aprel 2018)
Böyük olan, izzət ikram sahibi olan yalnız Allahdır. Bütün mələklər, bütün insanlar Allah qarşısında çarəsizdir.
(A9 TV; 24 aprel 2018)





