Allah insanı başı boş buraxmamışdır. İnsan taleyi birlikdə yaradılmışdır. İnsan səmimi olanda bütün yollar ona açılar. Səmimi olmaq demək, müsbət sistemin işə düşməsi deməkdir. Səmimi insan dərhal Allahın varlığını və böyüklüyünü görər. Allahın böyüklüyünü qavrayan insan isə cənnətə açılmış yola girər.

(A9 TV; 22 aprel 2018)

Qadına əldə etmə gözüylə baxılmaz. “Tovlamaq” çox çirkin sözdür. Onunla yoldaş olanda qadın ömür boyu güvənə biləcəyi dost qazandığına sevinəcək. Həmişə qoruyucu olacaqsan. Əvvəl onu, onun iffətini və qürurunu düşünəcəksən.

(A9 TV; 22 aprel 2018)

Gözəl gördüyümüz hər şey Allahın təcəllisidir. Bütün sevgilər Allaha aiddir. Aşiq olduğumuzda Allaha aşiq oluruq. Pişiyi, çiçəyi, bitkini sevdiyimizdə Allahı sevirik. Allah bütün sevgilərin əsas qaynağı və tək səbəbidir.

(A9 TV; 22 aprel 2018)

Mehdiyyət dürüstlük və yüksək vicdan deməkdir. Vicdanının səsini dinləyən, dürüst və səmimi olan hər kəs Mehdi tələbəsi deməkdir. Hərəkətli dövrlərdən sonra 2023-də Mehdiyyəti çox dəqiq görəcəyik inşaAllah.

(A9 TV; 22 aprel 2018)

MHP çox şüurlu Dövlət Partiyasıdır. 5 min illik yaddaşı olan partiyadır. Tarixi çox möhkəmdir. Gözəl və yaxşı gedirlər maşaAllah. Türkiyənin müasirliyi çox əhəmiyyətlidir. Ak Partiya və MHP birlikdə Türkiyənin daha müasir olması, qadın azadlığının ön plana çıxması üçün ortaq hərəkət edərsə çox gözəl olar.

(A9 TV; 22 aprel 2018)

İslam Birliyinin meydana gəlməsi digər ölkələr üzərində hökmranlıq qurmaq məqsədli deyil. İslam ölkələrinin bir araya gəlməsi müharibəni, münaqişəni dayandırmaq məqsədli olacaq. İslam Birliyi qüvvət nümayişi şəklində olmayacaq. Sevgi, sülh və güvən nümayişi şəklində olacaq. Hər yeri sakitləşdirən, hər yeri mülayimləşdirən müsbət güc olacaq.

(A9 TV; 21 aprel 2018)

Məktəblərdə Darvinizmin elmi həqiqətmiş kimi öyrədilməsi ən böyük fəlakətlərdən biridir. Məktəbdə bu təhsili alan gənc, internetdəki nifrət üslubunu gördükcə daha da məhv olur. Ateizmin də, deizmin də mənşəyi Darvinizmdir. Darvinizm, Allahı inkar etmənin yoludur. Əvvəlcə Darvinist təhsilin dayandırılması lazımdır.

(A9 TV; 21 aprel 2018)

Münafiq özünü Allahdan müstəqil etmək üçün özünü üstün görər. Kiçik ağlıyla müsəlmanlara da ağıl verər. Müsəlmanların fitnəni dayandıracaq gücü olduğunu bildiyi halda o gücün fitnənin dayandırılması üçün istifadə edilməsini istəməz. Yeyin, için, gəzin, kefinizə baxın, yəni dağılın çağırışları edər. Müsəlmanlar dağılsın və İslam üçün xidmətləri dursun istəyər.

(A9 TV; 21 aprel 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)