Allahın sevgisini sonsuza qədər daha çox istəyəcəyik, həmişə daha çox istəyəcəyik.
(A9 TV; 26 aprel 2018)
Atatürkün çox dindar, milliyyətçi, igid dəliqanlı olduğunu dəlilləri ilə ortaya qoyduq. Atatürkün həqiqi xarakterini və həyatını bütün Türkiyəyə öyrətdik.
(A9 TV; 26 aprel 2018)
İnsanı qiymətli edən eqoist olmaması, ağıllı və səmimi olmasıdır. Eqoist olmaq çox alçaldıcı və qorxuncdur.
(A9 TV; 26 aprel 2018)
Ehtiras, Allahın böyüklüyünü qavradıqdan və hər gözəlliyi Allah eşqiylə gördükdən sonra meydana gələr. Ehtiras, cənnət və dünyadakı ən güclü nemətdir. Qapısı heç bir zaman bağlı deyil. Ehtirasda zövq, iman və ağılla mütənasib olaraq qatlanaraq artar.
(A9 TV; 26 aprel 2018)
İslamı yaxşı izah edən insanın, hər yerdə müsəlmanlar əzilərkən, tətilə getmək istəməsi çox böyük vicdansızlıq olar. Müsəlmanlar şəhid edilərkən “1 ay tətilə gedəcəyəm” demək “öldürülənlərdən mənə nə var” deməkdir. Bunu mənim vicdanım əsla qəbul etməz.
(A9 TV; 26 aprel 2018)
Sənətkara dəyər verməmək o insanın ədəbsizliyini, sevgisizliyini və zalımlığını göstərir. İncəsənət müqəddəsdir. Kiminsə sənətkar insana hörməti yoxdursa, o adam insani xüsusiyyətlərini itirmişdir.
(A9 TV; 25 aprel 2018)
Qəzəb insanı gülməli vəziyyətə salar. İnsan özünə bunu yaraşdırmamalıdır. Təsvirin içindəki varlığın o hala gəlməyi qəribə görməsi lazımdır. “Ya Rəbbi təsvirin içində bir təsvir gördüm, bu təsvirə qəzəbləndim. Məni bir daha bu səhvə salma ya Rəbbi, məni mənə buraxma ya Rəbbi. Ya Rəbbi təsvirdən təsirə düşməmək və alçalmamağı mənə nəsib et” deyərsən, qəzəbdən xilas olarsan.
(A9 TV; 25 aprel 2018)
İnsanın normal halı Allah ilə əlaqədə olduğu halıdır. Allah insanları, Allah ilə əlaqədə olduğunda normal olacaq şəkildə yaratmışdır. Allahı fərq edə bilməyən, Allahı unudan insanın sanki başı qopmuş kimi olur. Bir insan Allah ilə dərin əlaqədə olanda ən yüksək keyfiyyəti əldə etmiş olar.
(A9 TV; 25 aprel 2018)
Şeytanın tələləri çox zəifdir. Ağılsız, zəif xarakterli olanlar üzərində təsiri olur. Möminlərin üzərində təsiri olmaz. Münafiqləri isə tamamilə nəzarəti altına alar.
(A9 TV; 25 aprel 2018)
Həvəsli insanların çoxu nəfsi üçün istəkli olduğundan başını həmişə bəlaya salar. Zənginlik və güc xeyirlisi isə Allahdan istənilər.
(A9 TV; 25 aprel 2018)





