Cənnətlər arasındakı dərəcə fərqini möminlər anlamazlar. Hər kəs imanına görə zövq alar, lakin biri digərinin daha çox zövq aldığını bilməz.
(A9 TV; 24 sentyabr 2017)
Cənnət əhlindən olmaq üçün dünyadan səlahiyyət almaq lazımdır. Ağrı-acılar və çətinliklər bu səlahiyyəti ən yaxşı şəkildə almağımızı təmin edər.
(A9 TV; 24 sentyabr 2017)
Ağrı-acılar və çətinliklər insanın ağıllı, yetkin, nəzakətli olmasını təmin edər, mühakimə qabiliyyətini daha da möhkəmləndirər və insan cənnət əxlaqını ən yaxşı şəkildə qazanmış olar.
(A9 TV; 24 sentyabr 2017)
Quran müsəlmanlığını yaşayanlar ictimai tarazlığı ayaqda saxlayan, səxavətli, ədalətli, sağlam düşünən insandırlar və dünyanın isnad nöqtəsidirlər.
(A9 TV; 24 sentyabr 2017)
Allahın icazəsi ilə dünyaya mümkün qədər azadlıq, keyfiyyət, gözəllik və sevgi bəxş edən Quran müsəlmanlığını hakim edəcəyik.
(A9 TV; 24 sentyabr 2017)
Qadınların şalvar geyinməsi, qaşını aldırması haramdır deyə bir hökm Quranda yoxdur. Bunlar xurafatlarla dolu sistemin dəhşət verici ifadələridir.
(A9 TV; 24 sentyabr 2017)
Cənnətdə dünyadakı fizika qanunlarından tam fərqli yeni yaradılış var. Havada dayanan çox ehtişamlı qəsrlər var, yuxuya ehtiyac yoxdur, yorğunluq yoxdur. Kölgə bir aləm olan bu dünyada təəccüblü olan insanın xəstə olması, yuxuya ehtiyacının olması, çirklənmənin olmasıdır. Cənnətdə bunlar yoxdur.
(A9 TV; 24 sentyabr 2017)
Cənnət, Allahı çox sevdiyimiz üçün gözəl və dəyərli olur. Dünyada sevgini öyrənmə kursundan keçməsək cənnətin dəyərini anlamarıq.
(A9 TV; 24 sentyabr 2017)
Bu dünyada təfərrüatları görməyi, dərin düşünməyi, şükür etməyi, gözəlliyin və yaxşılığın dəyərini öyrənirik. Bu, cənnətə getmədən əvvəlki kurs kimidir.
(A9 TV; 24 sentyabr 2017)
Allahı çox sevən, ruh sahibi olan və dünyadakı təhsilini bitirib gözəl əxlaqı öyrənən hər kəs cənnətdə olacaq inşaAllah.
(A9 TV; 24 sentyabr 2017)





