Qadın mübarək, möhtərəm bir varlıqdır. Allahın təcəllisi olaraq eşqlə, ehtirasla sevilər. Ona şəfqət duyular, mərhəmət edilər,qadın hər zaman qorunar . O Allahın bir əmanətidir.
(A9 TV; 29 mart 2012)
Atatürkün hədəfi ümumi mədəniyyəti inkişaf etmiş hər şeyi araşdıran, mühakimə edən, mübarizə edən, üfüqü geniş, vicdanı azad, öz azad gəncliyini yaşamaq idi. Bu, bizim də hədəfimizdir, inşAllah.
(A9 TV; 1 aprel 2012)
Kimi başı açıq olar, kimi çarşablı olar, kimi çadralı olar, kimi dənizə girər. Hər kəs ayrı-ayrı imtahan verir. Hər kəsə hörmət göstərməliyik. Hər kəsi Müsəlman qardaşımız olaraq görmək vəzifəmizdir.
(A9 TV; 1 aprel 2012)
Allah zəngin gözəlliyi sevir. Haradadır fədakarlıq? Haradadır vəfa? Bunlar olmazsa sevginin dəyəri az olar.
(A9 TV; 1 aprel 2012)
Allah zəif sevgini istəməz. Hal-hazırda dünyada bütün sistem onun üstünə qurulub.
(A9 TV; 1 aprel 2012)
ALLAHI AZ SEVMƏK CƏNABI ALLAHIN ŞƏNİNƏ YARAŞMAZ. ALLAHI EHTİRASLA SEVMƏK LAZIMDIR. Onun üçün Allah Peyğəmbərlər yaradır, Mehdilər yaradır, vəlilər yaradır. Az sayda, amma o Allah üçün yetərli olur, Allah onu bəyənir.
(A9 TV; 1 aprel 2012)
Çöllərdə ağrılar, iztirablar çəkərək sevdiyinə qovuşmaq istəmək, ehtirasın ruhu ortaya çıxır. Eşqin ruhu ortaya çıxmış olur. Məhz bu zaman o inandırıcı və qaneedici olur. Cənabı Allahın istədiyi də budur.
(A9 TV; 1 aprel 2012)
Eşq dedikdə ALLAH RİZASI ÜÇÜN ŞƏXSİN ÇƏKDİYİ ƏZİYYƏTLƏ MÜTƏNASİB OLARAQ YARANAN SEVGİ NƏZƏRDƏ TUTULUR. Məsələn, Leyli və Məcnun deyirik. Orada çəkilən əziyyət əsas olur. Leyli ilə Məcnun bir sarayda bir-birini sevsəydi heç kimi maraqlandırmazdı.
(A9 TV; 1 aprel 2012)
Allahın bəyəndiyi sevgini düşünərək, bütöv bir sistem içərisində Allahı taparaq, qərarlı bir sevgi ilə heç bir şəkildə tərk etməməkdir. Məhz bu, Allahın bəyəndiyi sevgidir. Məsələn, bəla gəlir, amma Allahı sevməyi tərk etmir, çətinlik gəlir tərk etmir, yaşlılıq gəlir xəstələnir yenə tərk etmir. O zaman sevginin keyfiyyəti daha da yüksəlir.
(A9 TV; 1 aprel 2012)
Allah gözəlliyi sevir, bəyənilməyi sevir, sevməyi və sevilməyi sevir.
(A9 TV; 1 aprel 2012)





