BİR İNSAN ZƏHMƏT ÇƏKDİYİ, ZEHNİ GÜCÜ İLƏ MÜBARİZƏ ETDİYİ MÜDDƏT ƏRZİNDƏ ALLAH ONA O ADAMIN İMANINI TƏQDİM EDİR. Yenə insanın qədərində olan olur, lakin o sanki əmək verərək onu əldə etdiyini hiss edir. Ondan sonra yaranan iman çox qiymətli olur.

(A9 TV; 1 aprel 2012)

Quranda Allah düşünməyi , dərin düşünməyi fərz etmişdir. Düşündükcə Allah insanların qəlbinə bilgi ilham edir. Həqiqətləri görər, Allaha getdikcə daha  çox yaxınlaşar, Allaha olan sevgisi artar.

(A9 TV; 1 aprel 2012)

Mehdi (ə.s)-ın məzhəbi varmı? Xeyr. Mehdi (ə.s) sünnimi ? Deyil. Şiəmi? Deyil. Rəsulullah (s.ə.v) dövrü, səhabə dövrü kimidir. RƏSULULLAH (S.Ə.V) HANSI İNANCDADIRSA, MEHDİ DƏ O İNANCDADIR. BU SƏBƏBDƏN MÜSƏLMANLAR ARASINDA BİR BÖLÜNMƏ, PARÇALANMA, NÜFUZ PROBLEMİ YOXDUR.

(A9 TV; 30 mart 2012)

Türk dövləti Darvinizmi, materializmi istəmir, amma bundan da xilas edə bilmir. Dəccaliyyət belə bir çıxılmaz vəziyyət meydana çıxarmışdır. Nə Mərakeş xilas ola bilər, nə Əlcəzair, nə Liviya, nə Misir, nə Pakistan, heç bir yer xilas ola bilmir. Dəccalın bu amansız gücü axır zamanın bir möcüzəsidir.

(A9 TV; 30 mart 2012)

PKK-nı bütün dünya kommunistləri dəstəkləyirlər. Buna görə Türkiyə bütün dünya ilə mübarizə aparır. ƏGƏR TÜRKİYƏ BÜTÜN DÜNYA İLƏ MÜBARİZƏSİNDƏ, BÜTÜN İSLAM ALƏMİNİ, BÜTÜN TÜRK ALƏMİNİ YANINA ALIRSA, ONDA BÜTÜN  DÜNYAYA MEYDAN OXUYACAQ GÜCƏ SAHİB OLAR.

(A9 TV; 30 mart 2012)

Darvinizmi dünyada ilk dəfə biz əzdiyimiz üçün dünyada bizim kitablarımız həmişə əsas qaynaq kitabdır. Dünyanın hər tərəfində bizim kitablarımızdan istifadə edərək Darvinizmə qarşı zərbə vurulur.

(A9 TV; 28 mart 2012)

Firon nə edir? Gizli dövləti olur, qanun, hüquq tanımır. Hz. Musa (ə.s) hekayəsində, Hz. Yusuf (ə.s) hekayəsində də dərin dövlət hakimiyyəti var. FİRON SİSTEMİNDƏ HEÇ BİR ZAMAN ÜÇÜN HÜQUQ YOXDUR.

(A9 TV; 28 mart 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)