Şəhid almaqda sərbəstdilər. Ala bilirlərsə alsınlar, amma vətənimizi, bayrağımızı vermərik.
(A9 TV; 5 aprel 2012)
Dəccaliyyətin fövqəladəliyini görmək lazımdır. Dünyanın heç bir yerində bir Baş naziri çıxıb, “Darvinizm səhvdir” deyə bilmir. “Allah yaratmışdır, Darvinizm saxtakarlıqdır” deyə bilmir, deyə də bilməz. Belə böyük bir diktatorluq dünyanı örtmüş vəziyyətdədir.
(A9 TV; 4 aprel 2012)
Böyüklərimizə şəfqət və hörmət, nəzakət və münasibət son dərəcə əhəmiyyətlidir. “Of” deməməliyik, “of”un eyhamını belə etməmək çox həyati məsələdir. Bu Quranın mühüm bir hökmüdür .
(A9 TV; 4 aprel 2012)
Kürd məsələsi yoxdur ,qardaşım. Türk-İslam Birliyi problemi vardır. Öz iddianı həll etsən, Türk problemi də, Kürd problemi də, fikrində düşündüyün hər problem həll edilər. Yalnız bir problem vardır, o da Türk-İslam Birliyi problemidir. Bunu həll etdikdə məsələ həll olar.
(A9 TV; 3 aprel 2012)
Türkiyənin Amerikaya və Avropaya qarşı da güclü olması üçün ən gözəl həll İslam Birliyidir, Türk-İslam Birliyidir. Türk ölkələrin birləşməsi, İslam ölkələrin birləşməsi Türk-İslam Birliyinin qurulmasıdır.
(A9 TV; 3 aprel 2012)
İslam Birliyi Türk-İslam Birliyi kimi formalaşdıqda heç bir ayrıca əməliyyata ehtiyac qalmaz. Yayındırıcı bir güc vardır. Məsələn, Hz. Süleyman (ə.s)-ın ordusunun xüsusiyyəti nədir? Yayındırıcı gücün olmasıdır. Hz. Süleyman (ə.s) qan tökürmü? Əlbəttə, xeyr.
(A9 TV; 3 aprel 2012)
Dərin bir ehtirasla Allahı sevəcək hala gəlirik, maşAllah. İndi sevgi daha da artacaq. Mehdi (ə.s)-ın çıxışı, İsa Məsihin zühuru ilə həyəcan daha da artacaq.
(A9 TV; 3 aprel 2012)
Hakimlər psixoloji yoxlamadan keçirilməlidir. Hakimlik edə bilmək bacarığı olanları hakim etmək lazımdır. Psixoloji vəziyyətinə baxmaq lazımdır. Hakim şəfqətli, nəzakətli olmalıdır. Kobud, ora-bura qışqırıb çağıran, əsəbi, hirsli insandan hakim olarmı?
(A9 TV; 3 aprel 2012)
Baş verən hadisələrdən aydın olur ki, dünya ölümə doğru gedir. İnsanlıq ölümə doğru gedir. İnsanların ruhu çəkildi. Sevgini, şəfqəti, mərhəməti unutdular. Sevmək, dost , qardaş, yoldaş olmaq nə gözəldir.
(A9 TV; 3 aprel 2012)
Böyüklərimizi sevmək çox əhəmiyyətlidir. Birdə böyüklərdən, Allah əsirgəsin,xüsusilə, narahatlıqlarından bezmək çox böyük əxlaqsızlıqdır. Bezmək çox böyük tərbiyəsizlik, vicdansızlıqdır. Bir il, iki il, on il nə qədər uzun olsa, o qədər çox savab alınar.
(A9 TV; 3 aprel 2012)





