Xurafatçılığın əsas düşüncəsi “mənim kimi olmayan yaşamasın” ifadəsidir. Amma bizlər, yəni Hz. Məsih tərəfdarları, Hz. Mehdi (ə.s) tərəfdarları daima sülhü, qardaşlığı,fikir azadlığını müdafiə edirik. Aydın olmağı, elmlə, sənətlə hərəkət etməyi, Allahın hökmlərinə möhkəm sarılmağı məqsəd seçirik.
(A9 TV; 5 iyun 2012)
Sevgi dolu, mərhəmətli, sülhsevər, insanpərvər, ağıllı, son dərəcə səmimi, sənətdən, elmdən, estetikadan son dərəcə xoşu gələn, tərtəmiz, insanları özü kimi qoruyub mühafizə edən, hər inancda insana hörmət edən, özünə verilən nemətləri eyni şəkildə onlara da layiqdir deyə düşünən, əsl, səmimi insanlar olmağa çalışmalıyıq. O zaman Allah dünyaya hakim edəcək. Biz də onun üçün cəhd göstəririk.
(A9 TV; 5 iyun 2012)
Hər dində xurafatçılıq çox təhlükəlidir. Yəhudidə, Müsəlmanda, Xristianda da xurafat təhlükəlidir.
(A9 TV; 5 iyun 2012)
Son illərdə İsraildə dindarlıq, Allah inancı sürətlə yayılmağa başladı. Daha əvvəl ateistlik, kommunist düşüncə, sol düşüncə, Marksist düşüncə hökm sürərkən, indi dindarlıq hakim olmağa başladı. Bu da Kral Məsihin çıxış əlamətidir.
(A9 TV; 5 iyun 2012)
İsraili dinsiz etmək istədilər. Allah bu fitnəni ortadan qaldırdı. İsraildə buna icazə vermədik. Darvinizmin, materializmin etibarsızlığını izah edən İbrani dilində yazılmış kitabları İsrailə göndərdik və İsraildə fikri mübarizə ilə Darvinist inancını qırdıq.
(A9 TV; 5 iyun 2012)
Dünya, İsrail, bütün bölgə Allahındır. Bizim rahat, gözəl yaşamağımız üçün, axirətdə də gözəl yaşamağımız üçün Allahla hər zaman əlaqədə olmağımız lazımdır. Allahı çox sevməmiz, bütün ürəyimizlə ona bağlanmamız lazımdır. Və göndərdiyi Məsihinə də dərin hörmət, sevgi hiss edərək bağlanmamız lazımdır. Əgər bunu etməsək, haşa, Allaha qarşı gəlmiş olarıq.
(A9 TV; 5 iyun 2012)
Allah Moşiyahı göndərdi, vaxt tamamdır. 2012-ci ildir, Tövratdakı işarə budur. “Biz Hz. Mehdi (ə.s)-la, Moşiyahla həll etmərik, düşüncəmizlə, ağlımızla, siyasət elmi ilə həll edərik” deyərlərsə, bu acı, iztirab davam edər.
(A9 TV; 5 iyun 2012)
Tövratın, Peyğəmbərimiz (s.ə.v)-in sözünü dinləyək. Hz. Mehdi (ə.s)-a tabe olaq, Hz. Mehdi (ə.s)-ı axtaraq, Hz. Mehdi (ə.s)-ı tapaq.
(A9 TV; 5 iyun 2012)
Həqiqi Yəhudinin Hz. Moşiyaha, yəni Hz. Mehdi (ə.s)-a tabe olması şərtdir, fərzdir. Müsəlmanlar üçün də eyni şəkildə Hz. Mehdi (ə.s)-a tabe olmaq və Hz. Mehdi (ə.s)-ı axtarmaq şərtdir.
(A9 TV; 5 iyun 2012)
Hər Yəhudinin vəzifəsi Allahdan Moşiyahı tez bir zamanda göstərməsini, Moşiyaha tabe olmağı istəmələridir. Bu cür olmazsa, Allah Tövratda rahatlıq verməyəcəyini deyir.
(A9 TV; 5 iyun 2012)





