MEHDİYYƏTƏ MANE OLAN HEÇ BİR LİDER İQTİDARDA QALA BİLMƏZ. MEHDİYYƏTİ DƏSTƏKLƏYƏN HƏR LİDER BƏRƏKƏT, BOLLUQ, GÖZƏLLİK TAPAR. Mehdiyyətə qarşı gələn hər kəs batar. Necə ki batırlar.
(A9 TV; 7 iyun 2012)
Mehdi zühur edərkən İstanbulun bütün məscidlərində eyni anda namaz qılınacaq, inşAllah. Mehdi “Allahu əkbər” deyəcək. Hər kəs eyni anda təkbir çəkəcək, birlikdə namaz qılacaqlar, inşAllah.
(A9 TV; 7 iyun 2012)
3-4 il sonra insanlar həqiqəti dərk edəcək, Mehdiyyətdən başqa heç bir həllin olmadığını görəcəklər. Allah tək yol olan Mehdiyyətə yönəldir. Tək çıxış yolunun Mehdiyyət olduğunu Allah bizlərə çox aydın göstərir. Mehdiyyətdə təkcə PKK-ın deyil, bütün problemlərin dəqiq həll ediləcəyi aydın olur.
(A9 TV; 7 iyun 2012)
Kommunistlər, dünyadakı bütün bu ideologiyaya iman edənlərlə ittifaqdadırlar və qəti şəkildə öz dinlərini hakim etmək üçün çalışırlar. Ona qarşı haqq din olan İslamla, iman həqiqətləri ilə, elmlə, elmi həqiqətlərlə Darvinizmi, materializmi darmadağın edəcək bir şəkildə mübarizə aparmaq lazımdır.
(A9 TV; 7 iyun 2012)
Kommunistlərin ideologiyası, iman etdiyi bir dini, hədəfi var. Həmin din ətrafında toplanaraq ümmət halına gəliblər.
(A9 TV; 7 iyun 2012)
Xristianlıqdan çıxmaqdan qorxurlar. Məsələ Məhəmmədi olmalarındadır. Biz “İncili tərk elə” demirik. İncilin haqq olan hər qismindəki yazılanları sonuna qədər ən gözəl şəkildə yaşasın, biz də yaşayırıq.
(A9 TV; 7 iyun 2012)
Xristian olan biri sonra Müsəlman olsa elə zənn edir ki, Hz. İsa (ə.s)-ı da, Hz. Məryəm (ə.s)-ı da tərk edəcək . İncildəki gözəl olan hər şeydən ayrılacağını zənn edir. Halbuki, İncildə gözəl olan hər şeyi götürəcəkdir. Əlavə olaraq doğru olmayanları tərk edir. Gözəl olan, lakin bilmədiklərini də mənimsəyərək ən mükəmməl formaya gəlir.
(A9 TV; 7 iyun 2012)
Allah əhəmiyyətli mövzuları xurafatçılar vasitəsi ilə bizlərə izah edir. Bir səbəb lazımdır. Əhəmiyyətli bir mövzu olur, xalqı, milləti məlumatlandırmağımız lazım olur. Allah bir xurafatçını üzə çıxarır, xurafatçı bir şeyə etiraz edir. Buradan da başa düşürük ki, xalqımızın, millətimizin bu mövzuda məlumat alması lazımdır.
(A9 TV; 7 iyun 2012)
Xurafatlardan narahat olmaq yersizdir. Onlar gücsüzdür, yazıqdır. Onlara bu qədər baş qoşmağa ehtiyac yoxdur.
(A9 TV; 7 iyun 2012)
2012-ci il çox əhəmiyyətli bir ildir. Bütün dünyanın gözü qarşısında “öldü” deyilən İslam dini hakim olur. Darvinizm toxunulmaz kimi görülürdü, lakin əyləncəyə çevrildi. Yəni bir qarışqanın, aslanla mübarizəsinə bənzəyir. İndi onlar qarışqa, Müsəlmanlar isə aslan oldular. Aslanın pəncəsinə belə ehtiyac qalmadı.
(A9 TV; 7 iyun 2012)





