CƏNABI ALLAH HƏR ŞEYİN HƏLLİNİ DİNLƏ BƏLLİ ETMİŞDİR. Nə həyat bahalılığına, nə terrora, nə düşmənliyə, nə də sevgisizliyə çarə tapılar. Aclıqdan minlərlə, milyonlarla insan ölür. Silaha ayrılan pulun 1/10- ilə insanların hamısı mükəmməl bəslənər. DİN OLMAYANDA DÜNYANIN RUHU GEDİR, ÖLÜR, XƏRÇƏNG OLUR .
(A9 TV; 7 iyun 2012)
PKK-ın həlli Darvinizmin, materializmin, Marksist Leninist fəlsəfənin tamamilə yox edilməsi, İslam Birliyinin, Türk İslam Birliyinin yaradılmasıdır. Yəni Mehdiyyətdir.
(A9 TV; 7 iyun 2012)
PKK-ın ancaq imanla, Quranla, iman həqiqətləri ilə, yəni Mehdiyyətlə əzilməsi mümkündür. Bu, tamamilə, kökündən qopardacaq şəkildə dəqiq nəticə əldə olunacaq bir vəziyyətdir Əks halda dəhşətli mübarizə olacaq və heç bir nəticə alına bilməyəcək.
(A9 TV; 7 iyun 2012)
Təhqir, hücum, söymək, vurmaq, qırmaq azadlığı olmaz. FİKİR AZADLIĞI OLAR, KÜFR AZADLIĞI OLMAZ.
(A9 TV; 7 iyun 2012)
Terroru tarixə keçirəcək, sülhün, qardaşlığın tamamilə hakim olduğu, döyüşlərin, qarışıqlığın bitdiyi sistem təkcə Mehdi (ə.s) ilə mümkündür. Bu cür olmazsa hər hökümət vəziyyəti mühafizə etməlidir.
(A9 TV; 7 iyun 2012)
Yəhudilərin Tövratı, həmçinin, Quranı və İncili də çox yaxşı öyrənəcəkləri, ümumi mədəniyyətlərini daha çox artıracaqları dövrə gəldik. Artıq bu dövr mədəniyyətin, elmin, sənətin, estetikanın, gözəlliyin, yaxşılığın hakim olacağı illər olacaq, inşaAllah.
(A9 TV; 5 iyun 2012)
Hal-hazırda dünyada çox ağrılı bir görüntü var. Tək həllin Mehdiyyət və Məsihiyyət olduğunu Tövrat da, Peyğəmbərimiz (s.ə.v)-in hədisləri də bizlərə göstərir. Bu barədə müqavimət göstərmək yalnız vaxt itkisidir və insanların ağrısının daha da artmasına səbəb olar.
(A9 TV; 5 iyun 2012)
Kral Məsih mövzusunda müqavimət göstərmələri yersizdir. Kral Məsih onlar üçün nemət, gözəllik, xeyir və bərəkətdir.
(A9 TV; 5 iyun 2012)
KRAL MƏSİH ÇIXMADAN AĞRI-ACIYA SON QOYULMAZ. Hər yerdən, hadisədən, düşüncədən iztirab mənbəyi meydana gələcəkdir. İnsanların buna ictimai, siyasi istiqamətdən, digər elmləri istifadə edərək əlac tapmaları mümkün deyil. Əlac tapsaydılar, bu pərişanlığı yüz ildən bəri yaşamazdılar.
(A9 TV; 5 iyun 2012)
Mənim Yəhudilərdən xahişim Yəhudilərin məzhəb ayrılıqlarını aradan götürüb bir yerə gəlmələri, qardaş olmaları və toplu şəkildə böyük meydanlarda yığışaraq İbranicə Allaha “Ya rəbbim, bizə Məsihi göstər, bizə Davudoğlunu göndər , gəldisə artıq onu görək, onları bizə lider elə. Onun və tələbələrinin gücünü bizə göstər. Bizlərə onunla dəstək ver” deyə dua etmələrini istəyirəm ki, bu da Tövratın hökmüdür.
(A9 TV; 5 iyun 2012)





