İmanlı cəmiyyət olmaq üçün cəhd etməyimiz lazımdır. Beləcə həm hər şeydə qalib, hakim olarıq, həm də dünyanın, bölgənin lideri olaraq mükəmməl güc sahibi olarıq, böyük bərəkət gələr. Əks halda, əziyyət çəkərik, əzilərik, məhv olarıq.

(A9 TV; 25 iyun 2012)

İSA MƏSİHİN VƏ MEHDİNİN VƏFATINDAN SONRA, BİR YERƏ QEYD EDİN, TƏXMİNƏN, 60-70 İL SONRA İSTANBULDA ÇOX BÖYÜK ZƏLZƏLƏ OLACAQDIR. Bundan başqa İstanbulda heç nə olmayacaq.

(A9 TV; 25 iyun 2012)

Müsəlman cazibəli, özünə baxan olmalıdır. “Müsəlman cazibəli, diqqət çəkici olmamalı” deyə bir şey yoxdur. Ağlını, nəfsini qorumalısan. Müsəlmanın mənfur, itələyici  olması lazım deyil. Kimsə  ona baxacaq deyə itələyici, mənfur olmamalıdır .

(A9 TV; 24 iyun 2012)

MÜSƏLMAN CAZİBƏDAR, CƏLB EDİCİ OLMALIDIR. CAZİBƏDAR, CƏLBEDİCİ OLMAQ HARAM DEYİL. FAHİŞƏLİK, ZİNA HARAMDIR. Donuz ətinə baxmaq haram deyil, donuz ətini yeyərkən harama girərsən. Şəraba baxmaq da haram deyil, içmək haramdır. Qadın da, kişi də,  təbii ki, cazibəli, cazibədar olmalıdır. Əksi qeyri-normaldır.

(A9 TV; 24 iyun 2012)

Allah qədərdə kimə təqdir etdisə o Mehdi (ə.s) olacaq. Siz ona, qədərə, Allahın təqdirinə boyun əyin. Peyğəmbər Əfəndimiz (s.ə.v)-i də o dövrdə Yəhudilər istəməmişdilər. İndi bunlar da Allahın kimi Mehdi seçəcəyi məsələsində, haşa, Allaha ağıl vermək istəyirlər. Allah kimi seçsə ona tabe olacağıq.

(A9 TV; 24 iyun 2012)

Sən şüura tabesən, şüur ​​sənə tabe olmaz. Şüur səni istiqamətləndirir, sən təkcə bacarmazsan. Laboratoriyada hər hansı bir şey tədqiq ediləndə şüurunda nəticə çıxarırsan. Şüur sənə nəzarət edir, sən şüuru idarə edə bilmirsən. Bundan əlavə şüur görmə, eşitmə, hiss etmə , toxunma, qoxulamadan ibarət ruhdur.

(A9 TV; 24 iyun 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)