İnsanlarda həmişə şiddət, əzəmət, böyüklük, zülm etmək meyli vardır. Təvazökarlıq, mehribanlıq, insanpərvərlik və mərhəmət isə insanlara çətin görünər. Mehdi (ə.s) bunları bərpa edəcək. MEHDİ (Ə.S)-IN ŞƏFQƏTİ, MƏRHƏMƏTİ, DOSTLUQ, İNSANPƏRVƏRLİK ANLAYIŞI DÜNYAYA HAKİM OLACAQ.
(A9 TV; 27 iyun 2012)
Heç bir dövlət şiddətin olmasını istəməz, BÜTÜN DÜNYA SEVGİ İSTƏYİR, ŞƏFQƏTİ SEVƏR VƏ BU, HƏR YERDƏ VACİBDİR. Hər yerdə bir nəticəsi olur, bəyəniləndir. SƏNƏT, ELM, DEMOKRATİYA, İNSANPƏRVƏR DÜŞÜNCƏ DÜNYADAKI ƏN AKTİV GÜCDÜR.
(A9 TV; 27 iyun 2012)
Döyüşlə heç bir nəticə almaq olmaz. Nəticəni yalnız İslam Birliyi, sevgi və şəfqətlə almaq olar.
(A9 TV; 27 iyun 2012)
Dövlətin İslam Birliyi uğrunda cəhd etməsi Atatürkün də bizlərə söylədiyi kimi Quranda olan həqiqətdir. Bunun tam bərqərar olması Hz. Mehdi (ə.s) vəsiləsi ilə olacaq. İslam Birliyi Mehdisiz olmaz!
(A9 TV; 27 iyun 2012)
Hal-hazırda Suriyadakı, İraqdakı, bütün Orta şərqdəki, Misirdəki, Türkiyədəki iztirabın, ağrı-acının mənbəyi Müsəlmanların birləşməməsi və İslam Birliyini yaratmamalarıdır.
(A9 TV; 27 iyun 2012)
İslam aləminin lideri olması çox normaldır, Qurana görə də fərzdir. Orta şərq lidersiz qalsa pərişan olar. Orta şərqin çətinlik çəkməsinin səbəbi də budur.
(A9 TV; 27 iyun 2012)
Allah gözəldir, gözəli sevər. Keyfiyyət gözəllik deməkdir. Keyfiyyət gözəlliyin artmasıdır. Keyfiyyəti ciddi şəkildə dövlət siyasəti kimi qorumaq, təşviq etmək, istiqamətləndirmək əhəmiyyətlidir.
(A9 TV; 27 iyun 2012)
Keyfiyyətsizlik çox böyük təhlükədir. Məsələn, Pakistanda, Misirdə keyfiyyətsizlik geniş yayılıb. Keyfiyyətsizlik Türkiyəyə yaraşmır. Allah əsirgəsin, bu milli təhlükədir. Dövlət keyfiyyətsizlik əleyhinə ciddi tədbir görməlidir.
(A9 TV; 27 iyun 2012)
Allah Xristianlara qarşı olan hücumlardan da bizləri məsul tutar. Onların təhlükəsizliyindən də biz məsuluq. Yəhudilərə edilən hücumun təhlükəsizliyindən də yenə biz məsuluq.
(A9 TV; 27 iyun 2012)
Dövlət, millətimiz, partiyayalar da İslam Birliyinə sahib çıxmalıdırlar. Mənlik, eqoizm, şan-şöhrət, Allah əsirgəsin, bu gözəl fəaliyyətə mane ola bilər. Yəni “əvvəl mən” düşüncəsindən xilas olmaq lazımdır. Mehdi (ə.s)-a tabe olmaq, Mehdi (ə.s)-ı axtarmaq lazımdır.
(A9 TV; 27 iyun 2012)





