Allah sonsuz qısa zamanın içində sonsuz uzun zamanı yaratmışdır. Zaman sonradan bizim üçün yaradılmış bir şeydir. Allah zamana tabe deyil. Allah qatında təkcə “an” anlayışı vardır. Artıq burada zaman yoxdur. Sonsuz qısa zaman olub bitmişdir.
(A9 TV; 22 iyun 2012)
“Allahdan əvvəl nə vardı?” deyirsən. Çünki sənin üçün əvvəl və sonra anlayışı vardır. Allah zamanı yaradır, zaman yox. Təkcə bir an vardır. “An” ən qısa zaman, yəni sonsuz qısa zamandır. Sonsuz qısa zamanın da qarşılığı “an”dır.
(A9 TV; 22 iyun 2012)
Darvinizm, materializm məhv olmayınca Quranı istədiyin qədər izah etsən də mənası yoxdur. Məktəblərdə biologiya dərsində Darvinizm izah edilir. O müəllim çıxır, din müəllimi girir. “Kainatı Allah yaratdı” deyir. Uşaq hansına inanacaq? Beləcə insan dini şərhi qəbul etmir. “Elmi” görünəni qəbul edir, “ağıllı olan budur” deyir. Bundan sonra istədiyin qədər Quran əzbərlətdirsən də insanın imanı olmadıqdan sonra heç bir xeyri yoxdur.
(A9 TV; 22 iyun 2012)
Terrora qarşı hər kəsin toplu şəkildə mübarizəsi, milli oyanış şəklində hərəkətdə olması lazımdır. Hər cəhətdən, hər fikirdən olan insanların birləşməsi lazımdır. Dövlət anti-kommünist, anti-materialist, anti-Leninist istiqamətdə əhatəli iş görməlidir.
(A9 TV; 22 iyun 2012)
Necə xurafatçıları, səhv bir düşüncəni fikirlə məğlub etmək əhəmiyyətlidirsə, kommunizmi də fikirlə, elmi mübarizə ilə məğlub etmək çox əhəmiyyətlidir.
(A9 TV; 21 iyun 2012)
Kommunist quruluş və kommunist etiqad dünya tarixinin ən böyük yenidənqurma dinidir. Kommunist quruluş, kommunist inanc dünya tarixinin ən böyük dini quruluşudur. Hətta qiyamətə yaxın yenə kommunistlər bütün dünyaya hakim olub kommunal dövləti quracaqlar. Dünya kommunizmini yaradacaqlar. Yəni KOMMUNİZM DÜNYA TARİXİNDƏ ƏN BÖYÜK DƏCCAL HƏRƏKƏTİDİR.
(A9 TV; 21 iyun 2012)
Kommunizmdə lider problemi yoxdur. Birini hakimiyyətdən salarsan, başqası gələr. İnsanlar “Necə olursa olsun, biz onu çıxardarıq” deyir. Biz isə deyirik ki, Marksist, Leninist düşüncə fikrən məğlub olanda məhv olar. Onu məğlub edə bilməyəndə isə azğınlaşar, təcavüzkarlaşar.
(A9 TV; 20 iyun 2012)
MARKSİST, LENİNİST DÜŞÜNCƏ DƏCCALİYYƏTİN PƏNCƏSİDİR. Dəccaliyyətin əlinə düşən bir daha ordan asan qurtula bilməz. Buna görə DƏCCALI YALNIZ FİKRİ MÜBARİZƏ İLƏ, DƏCCAL DÜŞÜNCƏSİNİ MƏHV ETMƏKLƏ ORTADAN QALDIRMAQ OLAR. Dəccal dişləri çox olan varlıq kimidir, azğındır. Top, tüfəng, tapança ilə geri çəkilməyəcək.
(A9 TV; 20 iyun 2012)
Dəccalın pəncəsi Türkiyənin üstündədir. Mehdiyyət də var gücü ilə dəccalın pəncəsini qırmağa çalışır. Lakin buna da müəyyən vaxt lazımdır . 10 il sonra dəccalın qolunu tamamilə qırmış olacağıq, inşaAllah.
(A9 TV; 20 iyun 2012)
Zaman insanın ağlındakı inanc, düşüncəsindəki şərhidir. Bir şeyi digəri ilə müqayisə etməsindən meydana gələn şərhdir.
(A9 TV; 20 iyun 2012)





